Günay Əfəndiyeva: “Nizami və Nəvainin “Xəmsə”lərini bir araya gətirməklə
müxtəlif layihələr
həyata keçirmək
mümkündür"
“İllər keçir, əsrlər keçir,
insanlar dəyişir, nəsillər dəyişir, amma mədəniyyət
qalır, söz qalır. Nəvainin sözləri ilə desək
, “Söz bir incidir ki, onun dənizi bir könüldür”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət
komitəsinin sədr müavini Günay Əfəndiyeva
böyük özbək şairi Əlişir Nəvainin
doğum günü və 585 illiyinin tamamlanması ilə
bağlı açıqlamasında deyib.
Günay Əfəndiyeva Azərbaycan və Özbəkistan
arasındakı tarixi bağlardan, keçmişdən bu
günə strateji tərəfdaşlığa
çevrilmiş əlaqələrindən, iki ölkənin
dövlət başçılarının ən yüksək
səviyyədə formalaşmış qardaşlıq və
dostluq münasibətlərindən bəhs edərək,
vurğulayıb: “Biz Nəvaidən danışırıqsa,
Türk Dünyasından danışırıq. Təsadüfi
deyil ki, I Türkoloji Qurultayın mövzularından biri də
Nəvainin 485 illiyi ilə bağlı olub, çünki onun
türk dilinin və ümumilikdə
türkçülüyün inkişafında müstəsna
rolu vardı”.
Deputat bildirib ki, beş il əvvəl
çalışdığı Türk Mədəniyyəti
və İrsi Fondunda Əlişir Nəvainin 580 illik yubileyi
keçirilib, şairə həsr olunmuş kitab nəşr
edilib, dövlət rəsmilərinin, Özbəkistandan gələn
qonaqların, türk ölkələrinin alimlərinin
iştirakı ilə təqdimatı təşkil olunub, daha
sonra isə böyük mütəfəkkirin irsinin təbliği
məqsədilə müxtəlif tədbirlər həyata
keçirilib.
Günay Əfəndiyeva Nəvai irsini türk
xalqlarını bir-birinə yaxınlaşdıran mənəvi
körpü kimi dəyərləndirərək,
vurğulayıb: “Bu gün Əlişir Nəvaidən
danışırıqsa, şübhəsiz, Nizami Gəncəvidən
də danışırıq. Eyni zamanda həmin dövrdə
xalqlarımız arasında mövcud olan əlaqələrdən
danışırıq”.
Deputat ötən ilin sonunda Azərbaycanda Özbəkistanın
Mədəniyyət Günlərinin silsilə tədbirlərlə
keçirildiyini xatırladıb. Geyd edib ki, tədbirlər
çərçivəsində özbək rəqs
ansamblının ifasında “Xəmsə” baletinin
nümayişi olub. Günay Əfəndiyeva bildirib ki, bu, yeni
təşəbbüslərin başlanğıcı ola bilər
və Nizami “Xəmsə”si ilə Nəvai “Xəmsə”sini
bir araya gətirməklə müxtəlif layihələr həyata
keçirmək mümkündür.
O, bildirib ki, Nəvai haqqında görkəmli şair
kimi və eyni zamanda görkəmli dövlət xadimi kimi də
danışmaq olar. Bildirib ki, şairin Sultan Hüseyn Bayqara ilə
birgə fəaliyyəti dövründə Herat Orta əsr
müsəlman Şərqinin ən mühüm mədəniyyət
mərkəzlərindən birinə çevrilmişdi.
Çıxışının sonunda Günay Əfəndiyeva
türk xalqlarının ortaq sərvəti olan Nəvai kimi
dahilərin irsinin Türk Dünyasının yolunu hər
zaman işıqlandıracağını vurğulayıb.
Ədalət .- 2026.- 13 fevral. (¹6).- S.12.