Xəstəxana divarına simfoniyanı kim yazdı?

 

Asəf Zeynallının vəsiyyətini heç kim yerinə yetirməyib

 

Azadses.org saytının maraqlı araşdırmaları olur. "Ədalət" qəzeti oxucularının tələbkar olduğunu nəzər alıb belə araşdırmalardan zaman-zaman istifadə edir. Bu dəfə ənənəmizə sadiq qalıb həmkarımız Sevda İsmayıllının incəsənətimizin nəhəng simalarının sənət gizlinlərindən hazırladığı reportajı diqqətinizə çatdırırıq. Bəyənəcəksiniz.

... Həbsxanada divar yazıları haqqında çox eşitmişəm: kimi təqvim yazıb, kimi etiraflarını, kimi sevdiyi insanların adını, kimi ittihamlarını s. i.a.

... Ağac yarpaqlarına yazanlar da var. Məsələn, baba Müslüm Maqomayev belə yarpaqlarda xanımına məktub yazıb.

... Bağ evinin divarlarına rəsm çəkənlər haqqında da eşitmişəm. Səttar Bəhlulzadə kimi. O, ürəyini sənət həmkarı Oqtay Sadıqzadənin bağ evinin divarına "boşaltmışdı". Amma çox yazıqlar ki, dənizin rütubəti-nəmi, yeli-rüzgarı həmin rəsmi silib-aparıb.

... Bir suvaqçının böyük bir otelin divarlarına çəkilmiş rəsmi qaşıyıb-təmizləməsi haqqında da eşitmişəm. Otelin adı "Moskva", rəsmin müəllifi Toğrul Nərimanbəyov olub.

... Ancaq xəstəxana divarına simfoniya yazıldığını ağlıma da gətirməz, bəlkə eşitsəm - inanmazdım!..

 

Olay bir xəstəxanada vaqe oldu

 

Bakı. 1932-ci ilin oktyabrı. Bir xəstəxanada yatalağa tutulmuş bəstəkar yatır. Vur-tut 23 yaşı var, amma yaradıcılığı ilə ad çıxarmağa macal tapıb. Skripka fortepiano üçün "Muğamsayağı" yazıb. Məxsusi fortepiano üçün "Çahargah" "Durna"nı, "Uçaq" süitasını bəstələyib. Ölkənin musiqi tarixinə ilk romansların müəllifi kimi adını yazdırıb:

 

"Sual"

"Çadra"

"Seyran"

"Ölkəm".

 

Əlbəttə, Asəf Zeynallını tanıdınız. Cəfər Cabbarlının sözlərinə yazdığı "Ölkəm"i kim eşitməyib ki?!. Elə ölüm yatağında xəstəxana divarlarına simfoniya yazan da odur!..

 

Dərbənd. 1909-cu il. 5 aprel

 

O gün Asəf Zeynallı dünyaya gəlib. Anası Həspənd xanım yaxşı qarmon çalırmış. Musiqi, beləcə, lap körpəlikdən Asəfin qanına hopub o, Dərbənddəki real gimnaziyada oxuyarkən artıq məktəb orkestrində klarnet ifaçısı imiş. Yaşı 11-i haqlayanda ailəsi Bakıya köçür.

 

Asəf Zeynallı ilk Türk Musiqi Məktəbində oxuyub

 

Bu məktəbin bir özəlliyi bilirsiniz olub? Oğlanlarla qızların bir yerdə təhsil alması. Bəs təşəbbüs kimin olsa yaxşıdır? - Üzeyir bəyin! İlk Türk Musiqi Məktəbinin müdiri elə Üzeyir Hacıbəyovun özü olub. Yeniyetmə Asəfin nəzəriyyə müəllimi Üzeyir bəy imiş: "Şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə 2 musiqi sistemi (ərəb-fars Avropa) arasındakı fərqlərə yönəldirdim" (Asəf Zeynallının ölümündən 1 il ötəndən sonra Üzeyir Hacıbəyovun məqaləsindən).

İlk Türk Musiqi Məktəbində oxumağı o qədər adam arzulayıb ki (1-ci il 500 adam burada təhsil almağa iddia edib), həmin məktəbi texnikuma çevirmək lazım gəlib. Asəf buranı uğurla bitirir konservatoriyaya daxil olur.

 

Alt mərtəbə texnikum, üstdə konservatoriya

 

Konservatoriya indi Asəf Zeynallının adını daşıyan məktəbin 2-ci mərtəbəsində yerləşirmiş. O, bu mərtəbədə oxuyur, alt mərtəbədə dərs deyirmiş.

 

Asəf Zeynallının hansı tələbələri olub?

 

Həmən cavablayaq: Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev!.. Konservatoriyada oxuya-oxuya Asəfi Türk İşçi Teatrının musiqi rəhbəri təyin ediblər. Orada müxtəlif tamaşalara musiqi yazıb. Azərbaycan Proletar Musiqiçiləri Cəmiyyətinə (ada baxın, e!) sədr seçilib. "İbtidai Not Savadı" kitabının da 3 müəllifindən biri olub.

 

1932-ci ildə "Bakı simfoniyası" yazmaq istəyir

 

O dönəmlər "Böyük Oktyabr"ın 15 illiyinə hazırlıq gedirmiş. Sənət adamlarından bu yubileyə, təbii ki, "töhfə" umurlarmış. Asəf Zeynallı da bir simfoniya yazacağını söylər, hətta adını da deyərmiş: "Bakı simfoniyası"nı yazacağam.

... Sən saydığını say, talenin başqa hesabları varmış. 1932-ci ilin yayında "El mahnıları"nı toplamaq üçün bölgələrə səfərlər təşkil edilir. Bu işə Asəfin məktəb dostu Bülbül başçılıq edir (Bülbülün "Ölkəm"i nədən elə oxuduğunun bir səbəbi bu deyilmi?): "Asəf, gedək Qarabağa, oradakı mahnıları toplayıb gətirək, nota alaq". Asəf razılaşır. Şuşada Xan əmiylə rastlaşırlar. Xan Şuşinskinin "Alma almaya bənzər" mahnısı beləcə nota alınır. Sonra Qarabağı kəndbəkənd dolaşır, el havalarını toplayırlar. Qəfildən... Asəf xəstələnir. Sən demə, qarın yatalağına yoluxubmuş. O, sağalmaq üçün Bakıya dönməyə məcbur qalır.

 

Asəf Zeynallı niyə müalicə olunmayıb?

 

Deyirəm, mütləq araşdırmaq lazımdı. Axı, yatalaq xəstələrini sağaldırdılar. Axı, bu, mümkün idi. Asəf Zeynallı niyə öldü? Bəlkə onu başlı-başına buraxıblar? Bəlkə özü xəstəliyinə ciddi yanaşmayıb? Bəs dostlar, yoldaşlar, qohum-əqrəba? Bu suallar cavabsız qalıb qalır. Bir gerçək var ki, 1932-ci ilin oktyabrında Bakıda xəstəxanada yatan Asəf son günlərini yaşayırmış. ... hər dəfə xəstə Asəfi yoluxmağa gələn qardaşı onun divara isə yazdığını görürmüş. yazırmış?

 

Bu sirr ölüm günü açıla bilərdi

 

Asəf Zeynallı ölüm günü qardaşına deyir: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın"... Söhbət bəlkə "Bakı simfoniyası"ndan gedirmiş...

... Onun vəsiyyətini heç kim yerinə yetirmir. Niyəsi bilinmir. Heç yazılmayıb, heç deyilməyib, heç araşdırılmayıb. Biganəlik daha bir qəsdə, daha bir unutqanlığa imkan verib. Tamam başqa görkəmli şəxslərə, tamam başqa önəmli olaylara tamam başqa dönəmlərdə göz yumduğu qulaq qapatdığı kimi...

 

Asəf Zeynallı 100 yaşına çatdı!

 

Bu 100 yaşın, vur-tut 23-nü özü yaşadı. düz 77 ildir "xəstəxana divarına yazılan simfoniya"nın sirri elə sirr olaraq qalır. O divar yazısı necə oldu? Bəlkə bilən, bəlkə kimdən nəsə eşidən bu sirrə işıq salan kimsə tapıldı? Görəsən, "Bakı simfoniyası" da "Ölkəm" kimi yayılıb-seviləcəkdimi?

 

 

Ədalət.- 2009.- 7 aprel.- S. 8.