Cavidə həsr edilmiş "dəyirmi masa"

 

Dünən Hüseyn Cavidin ev-muzeyində "Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində böyük rolu" mövzusunda dəyirmi masa təşkil edilib.   

Tədbirdə xalq şairi Gülhüseyn Hüseynoğlu, AMEA-nın müxbirləri üzvü Rafael Hüseynov, Teymur Kərimli, Beynəlxalq Kitab Mərkəzinin rəhbəri Salatın Əhmədova AMEA-nın kollektivi iştirak edib.  

Ev-muzeyin direktoru Gülbəniz Babaxanlı tədbir iştirakçılarını muzeyin zəngin ekpozisiyası ilə tanış edib. Sonra o, şairin yaradıcılığndan danışıb, Cavidin nəşinin Sibirdən gətirilməsinin, Naxçıvanda məqbərəsinin ucaldılmasının təşəbbüskarı olan mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib.  

Tədbirdə iştirak edən filologiya elmlər doktoru Nizaməddin Şəmsizadə digər qonaqlar Hüseyn Cavid xatirəsini ehtiramla yad edərək onun həyat yaradıcılığı barədə danışıblar.

 

 

T.SALAMLI

 

Ədalət.- 2009.- 16 aprel.- S. 8.