MUGAM FƏLSƏFƏSİ

 

İNAM ATA

(ASİF ATA)

 

Musiqi barmaqla çalınan deyil,

Ölçü qalıbına salınan deyil,

O, Ruhun Göylərə qovuşmasıdır,

İlahi Məqamdır, adi an deyil.

 

Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.

Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.

 

Təqdim edir: İşıqlı Atalı

(Əvvəli ötən şənbə saylarımızda)

 

"Simai-Şəms"

Həqiqətin Əxlaqın Yüksək halı - İşığı.

Mütləqilik İşığı - Zəkayla dərk olunan, Hisslə Duyulan, İradəylə həyata keçirilən.

Ehtirasların, Düşüncələrin, Əməllərin Möhtəşəmliyi, Gücü, Təmizliyi - İşığı.

 

3. "Segah" muğamı

"Maye-Segah"

Kədərə Qapılmaq İşığı - İnsanın Daxili Aləminə Enmək.

Güclənən Kədər İşığı - İdeal Həyat Kamil İnsan İstəyi.

Kədər Müqəddəsliyi - İşığı.

Kədər Gözəlliyi - İşığı.

Kədər Yolu - İşığı.

 

"Şikəsteyi-Fars"

Kədər Zirvəsi - İşığı - Həqiqiyə Kamilə yetmə Yönü.

Kədər Ağrısı - İşığı - İdraki, Əxlaqi.

Kədər Yanğısı - İşığı - İdraki, Əxlaqi.

Kədər Göyü - İşığı - İdraki, Əxlaqi.

 

"İrak"

Mütləqə Qovuşma İşığı - Kamil Həqiqət Həqiqi Kamillik Birliyi.

Ümumi Qiymət

Muğam - Həqiqət İşığına Yoldur. Ali Həqiqətə çatmaqdır; Gerçəklikdən İdeala aparan Ruhani Əməldir.

IV. İŞIQ YOLU

 

(Muğam Quruluşu)

1. "Rast" muğamı

"Maye-Rast"

Əsas Musiqi İdeyasının - dəyişmələri, incələşmələri (variasiyaları, nyuansları) - İşığı.

Musiqi İdeyasının özünə Qayıtması - İşığı.

İlkinlik İşığı.

Müxtəliflik İşığı.

Özünüifadə özünütəsdiq İşığı...

Sonsuzluq Ehtirası - İşığı.

Sabitlik İşığı.

Dəyişkənlik İşığı.

"Hüseyni"

Kədər Mövzusunun Yaranması - İşığı.

Kədərdən Ayrılma Mövzusunun Yaranması - İşığı...

Şərlə Döyüş Qətiyyətinin Yaranması İşığı.

İlkinliyə qayıtmaq İşığı.

"Vilayəti"

Şərin İnkarı Mövzusunun Yaranması İşığı.

Əsas Musiqi İdeyasının Dərinləşməsi... Yeni Mövcudluğu İşığı.

"İrak"

Əsas Musiqi İdeyasının - Ehtizaza çevrilməsi - İşığı.

İdrakın Gerçəkliyi ötməsi, İdeala Yüksəlməsi - İşığı.

Mənəviyyatın gerçəkliyi ötməsi, İdeala Yüksəlməsi - İşığı.

İradənin gerçəkliyi ötməsi, İdeala Yüksəlməsi - İşığı.

Əsas Musiqi İdeyasının İdeal Ülviliyə çatması - İşığı.

Əsas Musiqi İdeyasının İdeal Ahəngdarlığa çatması - İşığı.

Əsas Musiqi İdeyasının İdeal Ehtirasa çatması - İşığı.

Əsas Musiqi İdeyasının İdeal İdraka çatması - İşığı.

 

2. "Çahargah" muğamı

"Maye-Çahargah"

Qəm İdeyasının öz Mahiyyətinə Qayıtması - İşığı.

İlkinlikdən İdeala keçid İşığı.

Müxtəliflikdən Vahidliyə keçid İşığı.

Dəyişkənlik yaradan Əzəlilik İşığı.

Qayıtma yaradan Dəyişkənlik İşığı.

"Bəstə-Nigar"

Kədərin hərtərəfli Musiqi Təhlili - İşığı.

Müdrik Qəmin Atəşin Kədərə Çevrilməsi İşığı.

Əsas Musiqi İdeyasının Yeni Pilləsi - İşığı.

"Hasar"

İdeala Yetmək Zəruriyyəti - İşığı.

"Mənsuriyyə"

Ali Duyğular, Ehtiraslar İşığı.

Ali Həqiqət, İdrakilik, İradə İşığı.

Əzəli Mahiyyət İşığı.

Təzə İlkinlik İşığı.

3. "Bayatı-Şiraz" muğamı

 

"Maye-Bayatı-Şiraz"

Qəm İşığı - Təkrarlanan, Təzələnən.

Vahidlik Zənginliyi - İşığı.

Əsas Musiqi İdeyasının Özünüifadəsi - İşığı.

Vahid Dəyişkənlik İşığı.

"Bayatı-İsfahan"

Müdrik Qəmin Odlu Kədərə çevrilməsi - İşığı.

Yeni Kədər Pilləsi - İşığı.

Əsas Musiqi İdeyasının İnkişafı - İşığı.

Özündən Yüksəyə qalxan Kədər İşığı.

"Hüzzal"

 

Kədərdən Ayrılma İşığı.

Əsas Musiqi İdeyasının özünü ötməsi - İşığı.

Əsas Musiqi İdeyasının Təzadı - İşığı.

Yeni İlkinlik İşığı.

 

4. "Şur" muğamı

"Maye-Şur"

Özündə Haray gəzdirən Rəvanlıq İşığı.

Özündə Tüğyan gəzdirən Təmkinlik İşığı.

Özündə Müxtəliflik gəzdirən Vahidlik İşığı.

Özündən Özünə Yüksələn Musiqi İdeyası - İşığı.

"Hicaz"

Əzab İşığı.

Musiqi İdeyasının Yeni Pilləsi - İşığı.

 

"Zəmin-Xara"

Qeyri-Adilik Yanğısı - İşığı.

Yanğı İdrakiliyi - İşığı.

Yanğı Ağrısı - İşığı.

Musiqi İdeyasının Özündən Yüksəyə Səyi - İşığı.

Dəyişkənlik Zəruriyyəti - İşığı.

 

"Bayatı-Kürd"

Mütləq Kədər İşığı.

"Simai-Şəms"

Musiqi İdeyasının Ali Pilləsi - İşığı.

Kamil İradə hökmü - İşığı.

Kamil Vəcd hökmü - İşığı.

Kamil Vəhy hökmü - İşığı.

Musiqi İdeyasının öz Əzəli Mahiyyətinə Qayıtması - İşığı.

 

(Ardı var)

Ədalət.- 2009.- 18 aprel.- S. 17.