Bakı Bəyannaməsi qəbul olundu

 

İslam Konfransı Təşkilatına üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Azərbaycan paytaxtında keçirilən iki günlük konfransının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.

APA-nın məlumatına görə, Bəyannamədə qeyd olunur ki, hüquq mühafizə orqanlarının rəhbərləri BMT İKT-nin nizamnamələrinə beynəlxalq hüququn prinsiplərinə hörmət ifadə edərək, İKT- üzv olan dövlətlərin suverenliyinə, müstəqilliyinə ərazi bütövlüyünə hörmək etmək, onları qorumaq müdafiə etməkdə qərarlı olduqlarını bildirərək, sülh dözümlülük, bəşəriyyətə bütün varlıqlara hörmət dəyərlərini əks etdirən əqidələrinin ali məramlarına sadiqliklərini bir daha təsdiqləyərək, rifah inkişafa nail olmaq məqsədilə cinayət probleminə qarşı mübarizə aparılmasında İKT- üzv olan dövlətlər arasında sıx əlaqələndirmə əməkdaşlığın vacibliyini vurğulayaraq müvafiq olaraq yeni əməkdaşlıq metod vasitələrdən istifadə edilməsinin zəruriliyini tanıyaraq, müxtəlif din mədəniyyətlərin əsassız olaraq hədəfə alınmasına yol verilməməsinin beynəlxalq cinayətkarlıqla, xüsusilə terrorçuluqla mübarizə aparılması üçün ən vacib elementlər arasında olan beynəlxalq əməkdaşlığa töhfə verəcəyini vurğulayaraq heç bir terror aktına hər hansı bir şəraitdə bəraət qazandırılmasının qeyri-mümkün olduğunu bir daha təsdiq edərək, dövlətlərin terrorçuluqla mübarizə məqsədi ilə gördükləri bütün tədbirlərin onların beynəlxalq hüquq üzrə götürdükləri öhdəliklərə uyğun olmasını belə tədbirlərin BMT Nizamnaməsinə beynəlxalq hüquqa, xüsusilə beynəlxalq insan hüquqlarına, qaçqınların hüququna humanitar hüquqa uyğun şəkildə qəbul edilməsinin əhəmiyyətini vurğulayaraq, cinayətlərin qarşısının alınması cinayət ədliyyəsi sahəsində İKT- üzv olan dövlətlərin üzləşdiyi təhdidlərin daha səmərəli şəkildə aradan qaldırılması üçün hüquq mühafizə orqanları arasında əməkdaşlığın təşviqi dərinləşdirilməsinin zəruri olduğunu qeyd edərək, İKT- üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının qlobal xarakterli ağır cinayətlərə qarşı birgə fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müvafiq metod vasitələrin hazırlanmasının vacibliyini hamılıqla dərk edərək, transmilli cinayətlərin bütün formalarının, xüsusilə mütəşəkkil cinayətkarlığın qarşısının alınması səmərəli təhqiqatının aparılması məqsədilə cinayət ədliyyəsi hüquq mühafizə orqanlarının regional sub-regional əməkdaşlığı üçün zəruri infrastrukturun yaradılması niyyətində olaraq, beynəlxalq terrorçuluğun, ekstremizmin bütün forma təzahürlərinin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasını, terrorçuluğun maliyyələşdirilməsini, korrupsiyanın dərin təsiredici xarakterini nəzərə alaraq, transmilli cinayətlərin, o cümlədən nəzarətsiz ərazilərdə cinayət təhdidlərin mövcudluğunun beynəlxalq təhlükəsizlik sabitliyə təhlükə törətdiyini vurğulayaraq, 15-17 mat 2006-cı ildə İran İslam Respublikasının İsfahan şəhərində keçirilən İKT- üzv olan dövlətlərin polis orqanlarının rəhbərlərinin birinci konfransının nəticələrini qeyd edərək, bu cür cinayətlərə qarşı mübarizədə qarşılıqlı razılaşdırılmış siyasətin aparılmasının əhəmiyyətini təsdiq edərək aşağıdakıları bəyan edirlər.

Sonda qonaqlar konfransın Bakıda yüksək səviyyədə təşkili keçirilməsinə, eləcə səmimi qonaqpərvərliyə görə Azərbaycan hökuməti xalqına öz təşəkkürlərini bildirib, hazırkı çərçivədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə başlanılmasını təqdirəlayiq hesab ediblər.

 

 

Ədalət.- 2009.- 23 aprel.- S. 7.