ƏBƏDİLƏŞƏN VƏ ƏBƏDİYAŞAR BİR ÖMÜR

 

Xalqımızın minilliklərdən keçib gələn tarixində böyük hərflərlə yazılan bir imza var. Bu imzanın sahibi Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevdir. O, bütün həyatını mənsub olduğu, sevdiyi Azərbaycana həsr etdi bu gün həsr etməkdədi.

Zaman qədər sürətli olur-olsun onun başlanğıc anı mütləq tarixə nəşr olunur. Bu mənada Ulu Öndərimizin 40 il bundan öncə Azərbaycanda hakimiyyət kürsüsünə qalxması ən böyük gerçəkliklərdən, danılmaz faktlardan biridir. Məhz həmin tarixdən başlayaraq Azərbaycan istər Sovet dönəmində, istərsə müstəqilliyini əldə etdikdən sonra uğurlu bir yolun sahibinə çevrildi. Bu elə bir yoldur ki, onun həm memarı, həm müəllifi, həm sarvanı məhz Ulu Öndərimiz olubdu.

Bu gün xalqımız böyük fəxrlə 40 il öncəki tarixi yada salır. Az-çox Vətən sevgisi olan hər kəs bu 40 ildə keçilən yolu gözdən keçirir, böyüyüb çiçəklənən iqtisadi uğurların ünvanı olan sosial obyektləri, tikinti meydanlarını xatırlayır. O cümlədən biz dəmiryolçular da ölkənin qan damarı olan dəmir yolu nəqliyyatının Heydər Əliyev dönəmində az qala sıfırdan yaradılmağa başladığını onun qayğısı ilə qısa bir zamanda genişlənib təkcə regionun deyil, eləcə dünyanın böyük dəmir yolları şəbəkəsinə qoşulduğunu yaxşı xatırlayır onun şahidiyik.

40 il öncə başlayan Heydər Əliyev erası Azərbaycan üçün yeni həyatın başlanğıcı oldu. İstər kənd təsərrüfatında, istər sənayedə, istərsə həyatın digər sahələrində qazanılan uğurların hər birində onun dəsti-xətti göründü, onun imzası, onun düşüncələri öz əksini tapdı. Həmin illərdə Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının uğurları da təkcə ölkə daxilində yox, həm dünyada qəbul olundu, alqışlarla qarşılandı. Aparılan uğurlu siyasət yeni dünyaya inteqrasiyaya təkan verdi. Müstəqil dövlətin, müstəqil millətin rəhbəri olan Azərbaycan xalqının böyük oğlu, Ulu Öndərimiz imzaladığı sənədlərlə, müqavilələrlə xoşbəxt gələcəyə gedən yola öz ziyasını səpdi. Biz bu yolun uğurlarını Azərbaycan prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında hər gün yaşamqda duymaqdayıq. Çünki siyasi kurs iradə davamlı olaraq həyata keçirilməkdə, yaşadılmaqdadı. Elə təkcə son günlərdə ölkə həyatında baş verənlər, ölkəmizə xarici dövlət başçılarının ardıcıl səfərləri dediklərimizi bir daha sübut edir. Həyat göstərir ki, qurucusu Heydər Əliyev olan bir dövlətin sükanı etibarlı əllərdədi. bu dövlət öz ənənəsinə, öz yaradıcısının prinsiplərinə sadiqdir.

Bəli, 40 il öncə xalqımızın tarixində yeni bir zaman start götürdü. O zamanın sahibi, o zamanın müəllifi o zamanı tarixə çevirən şəxs bu gün böyük qürur hissi ilə əməllərini davam etdirir, xatirələrini ürəyimizdə yaşatdığımız Ümummilli Liderimiz Heydər Əliyev cənablarıdı. İllər ötüb keçsə qaragüruhçular nələr yazmağa, deməyə cəhd etsələr günəş öz günəşliyində qalır. O, ləkə götürmür. Tarixin böyük siması, bəşəriyyətin qəbul etdiyi Ümummilli Liderimiz öz şərəfli Günəş qədər işıqlı həyatını öz xalqına həsr etmişdi. bu gün Xalq-Heydər, Heydər-Xalq inamı yaşamaqdadır. Bu, işıqlı, İlhamlı, inamlı bir yaşamdı. Biz onun daşıyıcıları, yaşadanlarıq.

  

  

Arif Əsgərov

Azərbaycan Dövlət Dəmir Yolu rəisi

 

Ədalət.- 2009.- 14 iyul.- S. 3.