HƏMİD QAFAROVUN ÖMÜR DASTANI BİTMƏYİB

 

Hər insanın taleyi ayrıca bir dastandır. Hər kəsin ömür yolundan bəhs etməklə bir kitab bağlam olar. hərə bir xüsusiyyəti ilə seçilir. Eləcə hər hansı insanı bir çox başqalarından fərqləndirən xüsusiyyətlərin cərigəsinə mərdlik, fədakarlıq vətənpərvərlik kimi ali cənab xüsusiyyətlər daxildir.

... Bu gün vəfatının ikinci il dönümü münasibəti ilə xatırladığımız insan - Azərbaycanı canından artıq sevən, həqiqi vətəndaşlarımızdan biri olan Həmid Hüseyn oğlu Qafarov da belə şəxsiyyətlərdən biri idi.

1937-ci ildə anadan olmuş Həmid Qafarov rəsam idi. O, Monrealda keçirilən ümumdünya sərgisini laureatı olmuşdur. Bakıda da çoxsaylı obyektlərin müəllifi icraçısı idi. O, Azərbaycan Rsepublikasında ilk vətənpərvər uşaq düşərgəsi olan "Qalxan"ın yaradıcısıdır. Düşərgəyə cəlb olunan uşaqlar çadır şəhərciklərində yaşayan məcburi köçkün uşaqların arasından seçilidi.

Həmid Qafarov işğalın, təcavüzün uzun müddət çadır şəhərciklərində yaşamağın uşaqlar üçün ciddi mənfi nəticələr verə biləcəyini bu nəticələrin sonralar aradan qaldırılmasının son dərəcə çətin olmasını, eyni zamanda bu cür uşaqların reabiltasiya olunmasının vacibliyini anlayaraq bundan narahat olaraq 1995-ci ildən ölkəmizdə ilk dəfə olaraq "Qalxan" adlı düşərcə yaratdı. 1996-cı ildən başlayaraq düşərgənin əsasında "Gənc təməlçi" hərəkatı yaradıldı. Hərəkatın ritualları sıfrasına andiçmə, üç rəng qalstukların vəsiqələrin təqdim olunması da daxil idi. Hərəkatın öz marşı da yaradılmışdı ki, onun sözlərini musiqisini həmin düşərgədə iştirak edən, hərəkata daxil olan uşaqlar özləri yazmışdı. Düşərgənin mövcud olduğu, "Qalxan"ın "Gənc təməlçi"ni aktiv fəaliyyət göstərdiyi 11 il ərzində 700-ə yaxın uşaq sanki vətənpərvərlik məktəbində iştirak edərək fiziki, bioloji, psixi mənəvi bərpa kursu keçib.

Həmid Qafarovu şəxsən tanıyan bir adam kimi, vəfatının bu günlərdə tamamlanan ikinci il dönümü ərəfəsində onun haqqında danışmaq üçün həyat yoldaşı həmkarı, bu çətin işlərin həyata keçirilməsində onun ən yaxın köməkçisi ömrünün sonunadək sirdaşı olan Tamara xanımla görüşdüm. O, cəfakeş fədəkar həyat yoldaşı Həmid Hüseynoğlu barədə can yanğısı böyük məhəbbətlə danışdı:

- Həmid özü uşaq evlərində böyümüşdü. Valideynləri, ailə üzvləri müdhiş repressiya illərində bir-birindən ayrı düşdüyünə görə o, çox çətin bir həyat yolu keçmişdi. O, çox maraqlı məşhur bir ailədə doğulmuşdu. Atası Hüseyn Qafarov Azərbaycanda çox tanınmış adam idi . O, elmlər doktoru, Azərbaycan Ensiklopediyasının əsasını qoyanlardan biri idi. Azərbaycan SSR EA-nın elmi katibi olmuşdu. Ancaq təəssüf ki, dəhşətli amansız repressiya dalğası onların ailəsindən yan keçməmişdi. 1942-ci ilin əvvəlində Hüseyn Qafarovu repressiya ediblər. Həmidin mənə danışdıqlarına görə atası latın qrafikasının ləğv edilərək kirillə əvəz olunmasının əleyhinə imiş. Hansısa yığıncaqda çıxış edərək "siz edirsiniz, axı biz latına da təzə keçmişik, hələ köhnə əlifbada olanları latına tam keçirməmişik. Kirilə keçməklə milləti neçə illər geriyə atacağıq. Siz bunu düşünürsünüzmü?"- deyə həyəcan təbili çalır. Elə bu da ona çox baha-başa gəlir. Həmid hesab edirdi ki, atasının repressiya olunmasının səbəbi bu olub. Lakin ona qarşı faktiki olaraq alman texnikasını tərifləməsi, alman casusu, yapon casusu olması iddiası irəli sürülür. Yazıq alimə 10 il katorqa verilir düz 10 il katorqa çəkir. "Xalq düşməninin" ailəsi təzyiqlərə dözməyib müxtəlif yerlərə köçüb dağılmağa məcbur olur.

Məhz bu səbəblərdən Həmid müharibə nəticəsində qaçqın-köçkün düşmüş, psixi deformasiyaya məruz qalmış uşaqların vəziyyətini çox yaxşı başa düşürdü. "Qalxan" uşaq düşərgəsinin yaradılmasına da bu ideya təkan vermişdi.

Düşərgədə mədəni proqram çox geniş inkişaf etmişdi. Bizim uşaqların rəsmləri Bakıda mərkəzi Uşaq Bədii Qalererayasında, eləcə Tbilisidə Xocalı faciəsinə həsr olunmuş tədbirdə nümayiş etdirilmişdi. Düşərgənin öz teatrı, eləcə Kukla Teatrı yaradılmışdı. Bu teatrların da ssenari müəllifləri rolların ifaçıları da düşərgədə tərbiyə olunan uşaqlar idi.

Həmidin yaradıcılıq emalatxanası bazasında metal ağac məmulatlarının hazırlanmasının əsasları tədris olunurdu. Düşərgənin tərbiyə edib yetişdirdiyi uşaqlardan 17 nəfəri xüsusilə yaxşı hazırlaşdırıldıqlarına görə C.Naxçıvanski adına hərbi məktəbə qəbul olunmuşlar. Onlardan da 4 nəfəri Ali Hərbi Akademiyanı bitirdilər.

Binamız olmadığına görə düşərgə yalnız yay fəsillərində fəaliyyət göstərirdi. Lakin buna baxmayaraq qış fəsillərində biz fəaliyyətimizi tamamilə dayandırmırdıq. Həmin vaxtlarda görüşlər, mühazirələr keçirilir, Bakı şəhərinin orta məktəb şagirdləri ilə söhbətlər aparılırdı. Bununla yanaşı Azərbaycanın rayonlarında, eləcə Moskva, Minsk, Molodeçno (Belarus) kimi şəhərlərin orta məktəblərində görüşlər keçirilmişdi.

Həmid Qafarovun işləyib hazırladığı, çadır düşərgələrindən olan məcburi köçkün uşaqlarının, eləcə uğursuz ailələrdən olanların unikal bərpası metodu bu problemlə peşəkarcasına məşğul olan bir çox mütəxəssislərin diqqətini cəlb etmişdi. Belə ki, 1999-cu ildə Moskvanın 157 nömrəli orta məktəbinin direktoru Şimali İnzibati Dairəsinin bazasında Moskva şəhərində belə bir düşərgənin yaradılması barədə protokol imzalamışdı. 1999-cu ilin iyul ayında Həmid Qafarovun metodu Qusar şəhərində yerli Gənclər İdman İdarəsinin bazasında həyata keçirilmişdi. Həmidin tərbiyə üsulu ilə Gürcüstanda da maraqlanmağa başlamışdılar. 2006-cı ildə öz təcrübəsini təqdim etmək üçün o, Tbilisi şəhərinə dəvət olunmuşdu. Təəssüf edirəm ki, onun dünyasını dəyişməsi ilə işləri yarımçıq qaldı. Ancaq ümidimi üzmürəm, inanıram ki, tezliklə biz Həmidin işini davam etdirə biləcəyik.

"Qalxan" düşərgəsi barədə bir neçə film, o cümlədən "Mir" televiziyasında "Müharibə uşaqları" filmi çəkilmişdi. Yerli xarici mətbuatda onlarla məqalələr oçerklər dərc edilmişdi. Düşərgənin fəaliyyəti barədə dəfələrlə televiziya verilişləri nümayiş etdirilmişdi.

2000-ci ildə "Qalxan"ın əsasında şəhər tipli düşərgə yaradılmışdı. Həmin düşərgədə Xətai rayonunun 257 nömrəli orta məktəbinin 1-11-ci sinif şagirdlərindən ibarət 96 uşaq toplanmışdı. Müxtəlif millətlərdən olan oğlan qızlar idmanla məşğul olur, müxtəlif yarışlar müsabiqələr keçirir, şəhərə gəzintilərə çıxır, muzey teatrlara gedirdilər. "Qalxan"ın əsas üstünlüyü o idi ki, düşərgədə fəaliyyət pulsuz idi.

Oxucuların marağına səbəb olacağını nəzərə alaraq "Qalxan" düşərgəsinin Andını da təqdim edirik:

 

1. Mən, gənc təməlçi bu gün müstəqil Azərbaycanın milli bayrağı qarşısında təntənəli surətdə vətənimə, torpağıma, xalqıma sadiq olacağıma and içirəm.

2. Torpaqlarımızın qaytarılması uğrunda Azərbaycanın qalxanı olaraq axırıncı damla qanıma qədər vuruşacağıma and içirəm.

3. Azərbaycanın suverenliyini, sərhədlərinin bütövlüyünü göz bəbəyim kimi qoruyacağıma and içirəm.

4. Böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşacağıma, düşərgənin qayda-qanunlarına riayət edəcəyimə and içirəm.

5. Azərbaycanın gələcəyi uğrunda həyatını əsirgəməyən Prezidentimə sadiq olacağıma and içirəm.

Hər insanın taleyi ayrıca bir dastandı. Bizcə Həmid Hüseyn oğlu Qafarovun ömür dastanı hələ bitməyib. Onun həyatı tərbiyə etdiyi 1000-ə yaxın "Qalxan"çının həyatında davam edir. Elə həm buna görə xatirəsi heç vaxt unudulmayacaq.

Kərim KƏRİMLİ

 

Ədalət.- 2009.- 18 iyul.- S. 8.