Dizlərini qucaqlayan qadın  

 

   Otaq küncündə  

   dizlərini qucaqlayıb,  

   ağlayan qadın!  

   Nələr düşündürür səni  

   dərin-dərin, için-için?!  

   Aldanışlarınmı?!

   Vaxtında sevdiyin  

   yaraşıqlı oğlanın   

   kölgəsimi düşür üzünə?!  

   Özünü unutduran   

   dərin sevdalı baxışlarmı 

   dəlir ürəyini?!  

   Yoxsa yer tapmırsan  

   sevmədiyin ərinin  

   qolları arasından çıxıb, getməyə?!  

   Ağla dərin-dərin, için-için,   

   Dizlərini qucaqlayan qadın!

 

 

  Aytən

 

  Ədalət.- 2009.- 6 iyun.- S. 20.