Gəncədə Teatr Festivalı keçirilir

 

Dünəndən Gəncədə "Yeni Teatr" Respublika Festivalı keçirilir. Bu festival şəhərdə ilk dəfədir, təşkil olunur. İyunun 28-nə kimi davam edəcək festivala respublikanın 14 teatr kollektivi qatılacaq. Teatrsevərlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət "Yuğ" Teatrı, Pantomimo Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram Teatrı kollektivlərinin ifasında müxtəlif səhnə əsərlərinə baxa biləcəklər.   

Mədəniyyət Turizm Nazirliyinin xətti ilə təşkil olunan festivalda nümayiş etdirilən tamaşalara tamaşaçılarla yanaşı, teatr tənqidçiləri, tanınmış aktyorlar da qiymət verəcək.   

Festivalda ilk olaraq Gəncə Dövlət Kukla Teatrında Rafiq Səməndərin "Çətin məsələ" adllı səhnə əsəri nümayiş etdirildi. Səhnə əsərində xeyirxaxlıq, elm biliyə marağın vacibliyi kimi mövzulardan bəhs edilirdi. Bundan sonra isə Gəncə Dövlət Dram Teatrında Qazax Dram Teatrı tərəfindən Mar Bayciyevin "Duel" tamaşası nümayiş etdiriləcək.

 

 

Toğrul.

 

Ədalət.- 2009.- 24 iyun.- S. 4.