KİTAB TƏQDİMATINDAN GÖRÜŞƏ...

 

Xocalı hadisələrinin əks-sədasının ağrı-acısını poetik dilə çevirən şair Ədalət Əsgəroğlunun yeni kitabının təqdimatı elə Xocalı hadisəsi ərəfəsində, yəni fevralın 24- Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirildi. Tədbiri xalq şairi Fikrət Qoca açdı. O, faciə barəsində, onun ədəbiyyatda əks olunması barəsində öz fikirlərini söyləyərkən şair Ədalət Əsgəroğlunun da bu istiqamətdə uğurlu bir poetik nümunə - "Dərdimizin qan rəngi" poemasının müəllifi olduğunu vurğuladı. bildirdi ki, Ədalətin bu kitabı Xocalı şəhidləri üçün layiqli bir xatirədi. Təqdimatda Arif Əmrahoğlu Ədalət Əsgəroğlu onun yeni kitabı barəsində daha ətraflı fikirlər söylədi, onun yaradıcılıq uğurlarından danışdı. Əsəri rus dilinə tərcümə edən Səyavuş Məmmədzadə, ingilis dilinə çevirən Sevil Gültən, həmçinin, "Ulduz" jurnalının redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli çıxış etdilər.   

Fevralın 28-də isə Sabir adına Mərkəzi Kitabxanada Ədalət Əsgəroğlu ilə "Turan" ədəbi birliyinin üzvlərinin görüşü keçirildi. "Turan"çılar şairin "Təsəvvür" şeri ətrafında fikir mübadiləsi apardılar, onun yaradıcılığına müxtəlif münasibət bildirdilər. "Turan"ın sədri Vüsal Nuru Günay Dağlı, eləcə Elxan Zal Qaraxanoğlu, Qəşəm Nəcəfzadə, Balayar Sadiq, Oqtay Rza başqaları Ədalət Əsgəroğlu yaradıcılığı barəsində fikirlərini, arzu istəklərini dilə gətirdilər.  

Sonda Ədalət Əsgəroğlu birnəfəsə "Turan"çılar qarşısında 80-dən artıq gəraylı söylədi. Sayca "Turan"çıların 3-cü görüşündən xatirə olaraq Ədalət Əsgəroğluna ədəbi birliyin fəxri üzvü diplomu verildi.

  

  

VÜSAL

 

Ədalət.- 2009.- 3 mart.- S. 6.