Avropada su həyəcanı

 

BMT İnkişaf Proqramının mütəxəssisi Marina Olşanskaya: "Azərbaycanı da ağır su problemi gözləyə bilər"

 

BMT-nin insan inkişafına aid son hesabatlarından biri qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunub. Hesabata görə, son 150 il ərzində dünyada temperatur 1 dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2100-cü ilə qədər hərarət 6 dərəcəyə qədər yüksələ bilər.  

Bu isə bəşəriyyət üçün böyük təbii fəlakətlər, quraqlıq, daşqınlar, su basmaları s. deməkdir. Bu proses Azərbaycana kimi təsir göstərə bilər. Azərbaycan İndoneziya, Banqladeş ya Şimali Afrika kimi dəyişikliyə xeyli həssas ərazi olmasa da BMT İnkişaf Proqramının mütəxəssisi Marina Olşanskaya deyir ki, ehtimallar burda da xoş olmayan vəziyyətin yarana biləcəyinə dəlalət edir: "Azərbaycanı su basqınları içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər". Beləliklə, iqlim dəyişikliyinin Azərbaycana gətirə biləcəyi başqa bir təhlükə isə şirin su ehtiyatlarının həcminin azalmasıdır. Su ehtiyatları üzrə mütəxəssis Rafiq Verdiyevin mətbuata açıqlamasına görə, Azərbaycan artıq su çatışmazlığı ilə üzləşir xüsusilə yay aylarında həm içməli, həm irriqasiya suyuna kəskin ehtiyac duyulur. "Havanın temperaturunun artması Azərbaycandakı çay sularının həcminin təqribən 20 faiz azalması ilə nəticələnə bilər ". Ekoloqların proqnozları Azərbaycanda qlobal iqlim dəyişikliyinə ən həssas sektorların su ehtiyatları, ekosistemlər, meşə, kənd təsərrüfatları, turizm insan səhhəti ola biləcəyini göstərir. Yerli ekspertlərin hesablamalarına görə, yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha 1 metr qalxması gözlənilir. Ehtimal olunur ki, bu hündürlükdə suyun qalxması sahilin maililiyindən asılı olaraq 2 metrdən 2 kilometrə qədər quru ərazini su basması ilə nəticələnə bilər. Yəni ola bilər ki, dənizə çox yaxın ərazilərdəki tikililər bir neçə ildən sonra su altında qalsın.  

Azərbaycan əhalisinin 60 faizinin, yəni 4,5 milyon nəfərin dənizə iri çaylara yaxın ərazilərdə yaşaması onları dənizdə baş verən dəyişikliklərdən asılı vəziyyətə salır. Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyinə görə, dənizin səviyyəsinin qalxması daha çox Salyan, Siyəzən, Xızı, Bakı, Lənkəran, Astara, Masallı digər sahilyanı rayonlara təhlükə yarada bilər. Nazirlikdən Əmir Əliyevin sözlərinə görə, xəbərdarlıqlara baxmayaraq, dənizə yaxın ərazilərdə tikintilərin aparılması davam etdirilir. Xəzər dənizinin səviyyəsi tarixən qalxıb-enib. Yerli ekspertlər hesab edirlər ki, dənizə artan insan müdaxiləsi suyun səviyyəsinin qalxma sürətini yüksəldir. Ümumiyyətlə, beynəlxalq ekspertlərin Azərbaycanda qlobal iqlim dəyişikliyinin yaradacağı fəsadlar barədə proqnozları o qədər ürəkaçan deyil.  

45-55 il sonra Azərbaycan əhalisinin sayı təxminən iki dəfə artacaq. Bununla yanaşı, illər keçdikcə ölkədə əhalinin orta yaşayış səviyyəsi xeyli aşağı düşəcək. BMT-nin iqtisadi sosial məsələlər departamentinin rəhbəri Tomas Byuttnerin dünən təqdim etdiyi hesabatda bildirilir ki, dünyanın ən kasıb 49 ölkəsinin əhalisi 21-ci əsrin ortalarında 1,7 milyarda çatacaq. Bu isə yoxsulluq səfalət səviyyəsinin azaldılması işini xeyli çətinləşdirəcək. "Hərgah yoxsul inkişaf etməkdə olan dövlətlərin əhalisi sürətlə artacaqsa, inkişaf etmiş dövlətlərdə isə əhali təbii şəkildə azalacaq. Postsovet ölkələrinə gəldikdə isə, burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Tacikistanın əhalisi 2050-ci ilədək sürətlə artacaq. Postsovet ölkəsinin 12 ölkəsi Baltikyanı dövlətlərin əhaliləri nəzərə alınmamaq şərtilə isə avropalıların sayı indiki 731 milyondan 664 milyona qədər azalacaq. Onu da deməliyəm ki, postsovet məkanı ölkələrində əhalinin orta yaşam səviyyəsində ciddi inkişafa ümidlər böyük deyil", - T.Byuttner söyləyib. BMT ekspertlərinin əhalinin sayı vətəndaşların yaşam səviyyəsi ilə bağlı hesablamaları nikbinlik doğurmursa, beynəlxalq ekspertlərin dünya okeanında suyun səviyyəsi ilə bağlı təxminləri fəlakət ssenarilərinə bənzəyir. Belə ki, ABŞ, Fransa, Almaniya Avstraliyadan olan bir qrup alim Kopenhagendə keçirilən, qlobal miqyasda iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq konfransda açıqladıqları hesabatda bildiriblər ki, dünyada okean dənizlərdə suyun səviyyəsi orta hesabla 1,8 metr qalxacaq. Bu isə ada dövlətləri ilə yanaşı, Amerikadan tutmuş, Avropa, Asiyaya qədər bir çox dövlətlərdə faciələrin yaşanması ilə nəticələnəcək. İqlimşünas Konrad Steffenin dediyinə görə, dünya okeanı ilə yanaşı, lokal su hövzələrində suyun səviyyəsi qalxacaq, sahilyanı dövlətlərə böyük problemlər yaradacaq. "2100-cü ilədək suyun səviyyəsinin orta hesabla 1 metr qalxacağını düşünürük. Belə olan təqdirdə, Baykal gölündən tutmuş, Xəzər dənizinədək lokal su hövzələri qonşuluqdakı ölkələr üçün ciddi təhlükə mənbəyinə dönəcək. Bu ilin dekabr ayında Kopenhagendə dövlət hökumət başçılarının toplantısı keçiriləcək, iqlim dəyişiklikləri müzakirə ediləcək. Ümid edirəm ki, həmin toplantıda dünya dövlətlərinin ekoloji siyasəti qlobal səviyyədə müəyyənləşdiriləcək yekun sənəd imzalanacaq", - Konrad Steffen bildirib. Hazırda Kopenhagendə işinə davam edən martın 18-dək dünya okeanında suyun səviyyəsi ilə yanaşı, digər iqlim problemlərinin müzakirə olunduğu konfransda isə Azərbaycanın rəsmi nümayəndə heyəti yoxdur. Almaniyanın Potsdam İqlim Proseslərinin Tədqiqatı İnstitutunun əməkdaşı Stefan Ramstrofun dediyinə görə, onları Xəzər bölgəsi ümumiyyətlə, Xəzəryanı ölkələrdəki ekoloji situasiya maraqlandırır. Lakin rəsmi Bakı belə tədqiqatlara qatılmadığı üçün Avropa Birliyi ölkələrinin ekoloqları ilə iqlim dəyişiklikləri üzrə mütəxəssislər Azərbaycanla birgə proqramları həyata keçirə bilmirlər. Halbuki Azərbaycanda ekoloji problemlər ölkənin hakimiyyət dairələrinin yürütdüyü siyasətin yaxşı ya pis olmasından bilaixtiyar şəkildə sərtləşməkdədir.   

BMT-nin iqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspert qrupunun hazırladığı hesabata görə, Qafqaz dağlarında Türkiyənin dağlıq bölgələrində buzlaqların əriməsi prosesi sürətlənib. Ərimə prosesi indiki sürətlə davam edərsə, Azərbaycan yaxın 15-20 ildə içməli su təminatında çox ciddi problemlərlə qarşılaşacaq. Ölkənin içməli su təminatının Samur, Araz Kür çaylarından alınan suya əsaslandığını, həmin çayların da hamısının mənbəyinin ölkədən kənarda olduğunu nəzərə alsaq, problemin aktuallığı göz qabağına gələr.

  

 

Səbuhi

 

Ədalət.- 2009.- 14 mart.- S. 5.