HAVA PROQNOZU

 

Qabaqlar el arasında belə bir deyim formalaşmışdı: "Düzgün, dəqiq olan bircə şey varsa, o da hava proqnozudu...". Həqiqətən camaatın təskinlik kimi istinad etdiyi hava proqnozları müəyyən dövr ərzində əsasən özünü doğruldurdu. Əslinə baxsan bu, elə çətin bir deyil, konkret elmə əsaslanır - meteorologiyaya. Hərçənd, keçmişlərdə quşların, heyvanların, ağacların, hətta bəzi xəstələrin davranış hal dəyişiklikləri əsasında yaşlı adamların da proqnozları düz çıxırmış. Ancaq bu çox məhdud şəkildə olduğundan, uzaqbaşı həmin o "hava bilicilərinin" yaşadığı ərazidə yayılırmış. Deməli, əsas istinadgah radio-televiziya qəzet məlumatlarıdır (sonuncuya o qədər ehtiyac qalmayıb).

Bir halda ki, məsələyə, şərh olunacaq mövzuya xalq ənənələrini sintez edərək giriş verdik, qoy onda elmi əsaslarına praktik inkişafına da diqqət yetirək. Meteorologiyanın geofizika elmləri sistemində atmosfer haqqında ayrıca bir elm olması məlumdur. Meteorologiya termini antik dövrlərdə yaranmışdır. Ancaq fizikanın bölməsi kimi XVII əsrdən inkişaf etməyə başlamışdır. Bu dövrdə italyan alimləri Q.Qaliley E.Torriçelli ilk meteoroloji cihazlar (termometr barometr) düzəltmişdilər. Tədricən meteoroloji stansiyalar şəbəkəsi yaradılmış daha sonra müntəzəmliklə meteoroloji müşahidələrin aparılmasına başlanılmışdır. Meteorologiyanın sonrakı inkişafı bu sahədə stansiyalar şəbəkəsinin genişləndirilməsi, atmosferdəkı müxtəlif hadisə proseslərə dair xüsusi müşahidələrin yaranması başqa yeniliklərlə əlaqədər olmuşdur.

Hava proqnozu, yəni sinoptik meteorologiya iri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyətı haqqında irəli sürülmüş elmi fikir nəticəni tədqiq edərək qabaqcadan xəbərvermədir. Proqnozlar qısa uzunmüddətli olaraq həm müəyyən ərazi (vilayət, ölkə, dəniz akvatoriyası s.), həm ayrı ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları s. üçün tərtib edilir. Xalq təsərrüfatının müxtəlif sahələrinin işində çətinliklər törədən onlara zərər vuran, həmçinin, əhalinin təhlükəsizliyini qorxu altına salan hava hadisələri - siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz s. xüsusi hava proqnozlarına daxildir. Beləcə, sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunan hava proqnozları indi dünyanın hər yerində radio-televiziya vasitəsi ilə gündəlik təkrarlanmaqla əhaliyə çatdırılır.

İndi qayıdıram söhbətin əvvəlinə. Hər gün televiziya kanallarımızın hamısı xəbərlərin sonunda mütləq hava haqqında məlumatlara da vaxt ayırır bu məlumatları uşaqlar istisna olunmaqla böyüklərin əksəriyyəti diqqətlə izləyir. Hava proqnozları bir çox mənalarda zərurətə çevrildiyindən onun dəqiqliyi ciddiyə alınır. Mən özüm hər gün hava haqqında məlumatlara diqqət yetirirəm. qəribə hallarla rastlaşıram. Bu, özünü daha çox iki cəhətdən göstərir. Birincisi, son vaxtlar (bunu il boyu kimi nəzərdə tutmaq olar) verilən gündəlik, həftəlik ongünlük proqnozlar çox zaman düz çıxmır. Xüsusi ilə paytaxtdan kənar bölgələr üzrə. Günəşli, mülayim hava əvəzinə soyuq yağmur gəlir. Yaxud hər şey əksinə baş verir. Hətta bu cür səhv (əks) məlumatlar günlərlə davam edir. Çoxdanki müşahidələri qoyaq bir kənara, yaxın günlər üçün göstərilən proqnozlara baş verənlərə diqqət yetirək. Martın 9, 10, 11 12- respublikanın şimal-qərb şərq rayonları üçün proqnozlar belə idi: dağlarda qar, dağətəyi digər yerlərdə sulu qar yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı düşəcək. Həmin günlər sulu qar, yağış yağdı. Havanın hərarəti düşmədi, əksinə oldu. Bunu heç anomaliya da adlandırmaq mümkün deyil. Çünki anomaliya qəfil baş verir sinoptiklər bunu adi vətəndaşlardan uzaqbaşı 2-3 saat əvvəl bilirlər ki, bunun da heç bir əhəmiyyəti qalmır. Necə ki, 2004-cü ilin aprel ayının, səhv etmirəmsə, 5-dən 6-na keçən gecə gündüzün 15-18 dərəcə isti havasını 4-5 dərəcə şaxta əvəzləmişdi. Həmin il bir çox meyvələr eləcə soyuqdan qorunması yüngülləşdirilmiş parniklər əsasən tələf oldu, şaxtadan "yandı". Göründüyü kimi, bu, proqnozlaşdırılması mümkün olmayan təbiət hadisəsidir.

İkincisi, televiziya kanallarının bir-birindən fərqli məlumat verməsidir. Bu fərqlər bəzən ayrı-ayrı bölgələr daha çox halda rayonlar üzrə 2-3 dərəcəyə qədər mənfi-müsbət təşkil edir. Respublikada proqnozlar eyni mənbədən götürülmürmü? Məsələn, ANS, Azad Azərbaycan, "Xəzər" telekanallarındakı hava haqqında məlumatları bir neçə dəfə izləməklə fərqli proqnozların şahidi olmaq mümkündür. Eyni bölgədə bir-birinə qovuşuq iki qonşu rayonda 4-5 dərəcə fərq göstəricisi məsələyə, sadəcə, qeyri-ciddi yanaşmadır. Özü hər cəhətdən oxşar olan kiçik bir ərazidə, yer hava məkanında.

Yəqin elə bu səbəblərdəndir ki, yazının ilk cümləsindəki fərqləndirilən deyim çoxdan yaddan çıxıb unudulmaqdadır.

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2009.- 17 mart.- S. 4.