Vaqif Mustafazadənin 69 illiyi qeyd olunub

 

Martın 16-da Bakıda pianoçu, bəstəkar, caz muğamının yaradıcısı Vaqif Mustafazadənin ev-muzeyində onun anadan olmasının 69 illiyi münasibətilə tədbir keçirilib.   

Tədbirdə millət vəkili Vaqif Səmədoğlu, müğənni Eyyub Yaqubov və digər incəsənət nümayəndələri də iştirak edib.   

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin dirketoru Alla Bayramova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva və digərləri bəstəkarın yaradıcılığından danışıblar.  

Tədbirin bədii hissəsində Rusiya mədəniyyət mərkəzinin üzvü Gülsüm Abdulla qızı V.Mustafazadənin "Getmə" xalq mahnısına işləməsini və onun xatirəsinə həsr etdiyi fantaziyanı səsləndirib.   

Sonra Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin şagirdlərinin ifası dinlənilib.

  

  

ŞAMXAL

 

Ədalət.- 2009.- 17 mart.- S. 8.