"Böyük olmayan teatr" Bakıda

 

Bu ilin mayında "Böyük olmayan teatr" adlı rus prodüser mərkəzi Bakıya gələcək. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından verilən xəbərə görə, mərkəzin yaradıcı kollektivi teatrın səhnəsində "Bir dəfə bürkülü gecədə..." adlı tamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Andrey Noskovdur. Rolları Anfisa Çexova, Andrey Noskov, Sergey Solxov, Quram Bablişvili ifa edəcəklər. Səhnə əsərinin musiqi tərtibatçısı Konstantin Qubin, rəssamı Leonid Podoşenov, rəqslərə quruluş verən Eldar Sayfutdinovdur. Tamaşa mayın 15 və 16-da teatrsevərlərin ixtiyarına veriləcək.

 

 

Ayna.-2010.-20 fevral.-S.20.