Qarabağ xalçaları təqvimdə

 

Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənib. Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə sənətləri ilə yanaşı, toxuculuq sənəti də özünəməxsus inkişaf yolu keçib. Bu sənət növünün meydana gəlməsi və inkişafı üçün zəruri şərtlərdən biri olan xammal ehtiyatının bolluğu bölgədə onun geniş yayılmasına güclü təkan verib. İstehsal texnikasına, naxış və çeşnilərinin müxtəlifliyinə, rəng əlvanlığına, yüksək bədii tərtibatına görə Qarabağ xalçaları hələ orta əsrlərdə geniş şöhrət qazanmışdı.

Bu sözlər AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Regionların İnkişafı İctimai Birliyinin birgə təşəbbüsü ilə "Qarabağ xalçaları" adı altında çap olunan 2010-cu ilin təqvimində yazılıb. 800 nüsxə nəşr olunan bu təqvimdə Qarabağ xalçalarının fotolarından istifadə olunub. Təqvimin ikinci səhifəsində Qarabağ xalçaları haqqında ətraflı məlumat verilib. Təqvimin müxtəlif səhifələrində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid olan, Qarabağda toxunmuş "Vərni", "Qarabağ", "Şuşa", "Şəddə", "Zili", "Cecim Ləmbəran", "Açma-yumma", "Balıq", "Şabalıd-Buta", "Atlı-itli" kimi xalçaların fotoları yer alıb.

 

 

Ayna.-2010.-20 fevral.-S.20.