Alim Qasımov David Vendetta ilə klip çəkdirib

 

Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib. Xanəndənin qəzetimizə bildirdiyinə görə, bu günlərdə Bakıda mahnıya klip çəkilir: "Çəkilişlərin bir hissəsi Bakıda nəzərdə tutulmuşdu. Ekran işini məşhur Kars Kladio adlı rejissor həyata keçirib. Belə qənaətə gəldik ki, buradakı çəkilişlər qədim abidələrimiz olan məkanlarda aparılsın. Şirvanşahlar Sarayında bir neçə kadr lentə alınıb".

Alim Qasımov bildirdi ki, yaxın günlərdə çəkiliş heyəti ilə birlikdə Mərakeşə yola düşəcəklər. "İkinci hissələr orada çəkiləcək. Mənə verilən məlumata görə, bu klip dünyanın bir çox kanallarında yayımlanacaq. Burada Azərbaycandan olan görüntülər, xüsusi ilə abidələrin yer almasını bu səbəbdən vacib bildik", - deyə Alim Qasımov söylədi.

Qeyd edək ki, klipin ssenarisi kiçik bir nağıl əhvalatı üzərində qurulub.

 

 

Ayna.- 2010.- 15 may.- S.20.