Muzeylərdə "açıq qapı" günü

 

Bu - Beynəlxalq Muzeylər Günündə olacaq

 

Mayın 18-də Beynəlxalq Muzeylər Günüdür. Hər il olduğu kimi, bu il Azərbaycanda bu gün müxtəlif törənlərlə qeyd olunacaq. Məsələn, bütün muzeylərdə açıq qapı günü elan olunacaq. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində həmin gün açıq qapı günü "Muzeylər sosial harmoniya üçün" adı altında layihə həyata keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın bildirdiyinə görə, tədbirdə tamaşaçılar üçün müxtəlif janrlarda, müxtəlif zövqlərə uyğun canlı musiqi səslənəcək.

Proqramda muzeyin Qədim Musiqi Alətləri Ansamblının çıxışı, aşıqların çıxışları, 20 saylı musiqi məktəbinin şagirdlərinin çıxışı, Azərbaycan bəstəkarlarının populyar vokal əsərlərinin, skripka və caz, estrada musiqisinin səslənməsi planlaşdırılır.

 

 

Zəminə 

 

Ayna.- 2010.- 15 may.- S.19.