Pianoçunun yubileyi San-Fransiskoda qeyd edildi

 

San-Fransisko Konservatoriyasının salonunda məşhur pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıqovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubiley mərasimi Azərbaycanın ABŞ səfirliyinin təşəbbüsü ilə gerçəkləşib. Mərasimdə Azərbaycanın baş konsulu çıxış edərək xatırladıb ki, Çingiz Sadıqov artıq 15 ildir Birləşmiş Ştatlarda Azərbaycan musiqisini uğurla təmsil edir. Təmsilçilər Palatasının spikeri Nensi Pelosi yubilyara təbrik məktubu göndərib. Mərasim konsert proqramı ilə müşayiət olunmuşdur.

 

 

Ayna.-2010.-16 yanvar.-S.20.