Sənan Eynullayevin Ankarada sərgisi açılıb

 

Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb. Sərgidə sənətkarın son dövrlərdə yağlı boya ilə işlədiyi tablolar nümayiş etdirilir. Bu, rəssamın Türkiyədə ilk yaradıcılıq sərgisi hesab olunmur. Ötən il onun İstanbulun Polis təhsil toplantı mərkəzində mumdan hazırlanan heykəlləri nümayiş etdirildi. Sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi açılmışdı. Bakı doğumlu (1956) Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin İncəsənət İnstitutunun məzunudur.

 

 

Ayna.-2010.-16 yanvar.-S.20.