Martda Vaqif Mustafazadənin yubileyidir

 

2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq. Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət Turizm Nazirliyi Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Qeyd edək ki, Vaqif Mustafazadə yaradıcılıqı XX əsr milli musiqi mədəniyyəti tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisinin uğurlu sintezində dəyərli əsərlər yaradıb. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

 

 

Ayna.-2010.-30 yanvar.-S.20.