Müasir incəsənət sərgisi açılır

 

Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın "In Between" adlı müasir incəsənət sərgisi açılır. Bu barədə Avstriyanın Bakı səfirliyindən məlumat verilib. Sərgi Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Sərgidə Avstriyanın 36 rəssamının 40-dan çox əsəri nümayiş etdiriləcək. "In Between" sərgisi İsraildə ilk təqdimatından sonra Xorvatiya, Monteneqro, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, BelçikaLitva kimi ölkələrdə keçirilib.

 

 

Ayna.- 2011.- 24 sentyabr.- S.20.