"Firuz Mustafa: idrakla hissin vəhdəti"

 

Tanınmış alimin yaradıcılığına həsr olunmuş yeni kitab

 

Bu günlərdə "Araz" nəşriyyatında tanınmış alim Sabir Bəşirovun yeni kitabı çapdan çıxmışdır. "Firuz Mustafa: idrakla hissin vəhdəti" adlı əsər ədəbi portret janrında qələmə alınmışdır. Yeni tədqiqat əsərində yazıçı-filosof Firuz Mustafanın geniş ədəbi-bədii fəaliyyətindən söhbət açılır. Qeyd olunur ki, Firuz Mustafa 80-ci illər ədəbi nəslini təmsil etsə , onun ilk qələm təcrübələri hələ 70-ci illərdən dərc olunmağa başlamışdır. Ötən illər ərzində sənətkarın onlarla elmi bədii kitabı çap olunmuş, 30-dan çox pyesinə müxtəlif teatrlarda quruluş verilmişdir.

Sabir Bəşirovun fundamental araşdırmasında Firuz Mustafanın müxtəlif janrlarda qələmə aldığı əsərlər geniş təhlilə cəlb edilmişdir. Kitabda görkəmli sənət, ədəbiyyat elm xadimlərinin Firuz Mustafa haqqında fikirləri, onun indiyəcən çap olunmuş tamaşaya qoyulmuş əsərlərinin siyahısı, habelə yazıçının təfsilatlı bioqrafiyası yer almışdır.

 

 

Ayna.- 2012.- 15 iyun.- S.19.