"Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri"

 

Mərhum akademik Bəkir Nəbiyevin "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri" kitabı işıq üzü görüb. Kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri - Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir. Kitab millət vəkili Elxan Süleymanovun dəstəyi ilə nəşr olunub.

 

 

Ayna.- 2012.- 31 mart.- S.20.