İlham Əsgərovdan Moskva teatr təəssüratları

 

Bolşoy Teatrda biletlər 2 ay öncədən satılıb qurtarır

 

Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş hissəsinin əməkdaşları Moskvadan qayıdıblar. Yaradıcı texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə butaforçu-dekorçu Samirə Həsənova Bolşoy Teatr Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında olublar. Bu günədək Azərbaycan teatrlarından heç kim oralarda yaradıcılıq mübadiləsində olmayıb. İlham Əsgərov bu barədə danışır:

- “Azərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramında öz əksini tapan məsələlərdən biri dünya teatr məkanına inteqrasiya, beynəlxalq əlaqələrin qurulması, gənc kadrların dünyanın qabaqcıl teatrlarında yaradıcılıq mübadiləsi staj keçmələrinin təmin olunmasıdır. Çox sevinirəm ki, biz dünya teatr məkanında özünəməxsus yeri çəkisiylə fərqlənən Moskva teatrlarında olmaq, onların prinsipi, təcrübəsi ilə tanış olmaq, eyni zamanda, öz təcrübələrimizi bölüşmək imkanı əldə etdik. Moskva teatr mühiti həmişə şəxsən mənim üçün çox maraqlı olub Moskvanın Bolşoy Teatr, Vaxtanqov adına Akademik Teatr, Satira Teatrı kimi nüfuzlu zəngin təcrübəyə malik teatrlarının işi ilə yaxından tanış olarkən çox maraqlı məqamlarla rastlaşdıq. Moskvada olduğumuz 2 həftəyə yaxın müddət ərzində o qədər maraqlı bir prosesin içində olduq ki, təəssüratlarımızın hamısını danışmağa vaxt, ki bir söhbət kifayət edər.

Biz Moskvada əsasən üç teatrBolşoy Teatr, Vaxtanqov adına Akademik Teatr Moskva Akademik Satira Teatrında olduq. Xüsusən, Bolşoy Teatrla bağlı çox maraqlı yeni məlumatlar əldə etdik.

- Bolşoy Teatr haqqında danışmağınızı istərdik

- Bolşoy Teatrın tarixi 1776-cı ildən hesablanır. Teatrın ilk dəfə 1780-ci ildə inşa olunan binası o zamandan etibarən dəfələrlə yanıb, bərpa olunub. Sonuncu dəfə 2011-ci ilin oktyabrında teatrın binası 6 il davam edən əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Bolşoy Teatrın binasının möhtəşəmliyini ifadə etmək üçün söz tapa bilmirəm. Tamaşaçı salonundakı çilçıraq 24000 elementdən ibarətdir. Teatrın tamaşaçı tutumu 1740 nəfərdir. Ən maraqlısı isə odur ki, təsəvvür edirsiniz, tamaşalara biletlər 2 ay əvvəldən satılıb qurtarır. Biletlərin qiyməti 60 dollardan başlayır. Buna baxmayaraq, Bolşoy Teatr tamaşaçı sarıdan problem yaşamır. Teatr təmirdən sonra ən son texnika və avadanlıqlarla təmin olunub.

- Səhnə texnikası texnologiyalar baxımından Akademik Milli Dram Teatrı ilə Bolşoy Teatr arasında hansı fərqlər mövcuddur?

- Bolşoy Teatrdakı səhnə avadanlıqları ilə bizdəki texnika eyni firma tərəfindən hazırlanıb. Sadəcə, orada əsasən opera və balet tamaşaları nümayiş olunduğuna görə səhnə texnikası, işıq və musiqi avadanlıqları daha mürəkkəb sistem əsasında qurulub.

- Bəs dekorasiyaların hazırlanması, səhnənin qurulması barədə nə deyə bilərsiniz?

- Bolşoy Teatrda əsas binadan əlavə emalatxana da var. Bütün dekorasiyalar, kostyumlar, dülgər sexi, səsyazma studiyası və digər yardımçı sahələr emalatxanada yerləşir. Bu binada əsas səhnə ilə eyni ölçüdə olan səhnə mövcuddur. Sadəcə, tamaşaçı zalı yoxdur. Dekorasiyalar bu səhnədə quraşdırılır. Tamaşanın işıq partiturası, rekvizitlər, butaforiyalar – hər şey bu səhnədə hazırlanır, sonra hazır şəkildə əsas səhnəyə aparılır. Teatrın əsas səhnəsində quraşdırma işi aparılmır, tamaşadan sonra da dekorasiyalar sökülmür, bütöv şəkildə səhnənin altında mövcud olan məkanda saxlanılır. Beləcə, teatrda bədii quruluş hissəsinin işinin effektivliyi və sürəti xeyli yüksəlmiş olur.

Moskva teatrlarında rekvizitlər, butaforiyalar, səhnə geyimləri, qrim ləvazimatları və digər lazımi avadanlıqlar hazırlanarkən çox yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunur. Teatr tamaşa üçün lazım olan hər şeyi – boyaq maddələrini, parçaları, qrim və pastijor ləvazimatlarını Avropada fəaliyyət göstərən ixtisaslaşmış firmalara sifariş edir. Tamaşalarda istifadə olunan kostyumlar da məhz bu kimi firmalar tərəfindən yüksək peşəkarlıqla hazırlanır.

Öz növbəmizdə, biz sözügedən firmalarla müəyyən əlaqələr qura bildik. Yaxın gələcəkdə bu firmalarla müəyyən danışıqlar aparmaq mümkün olsa, bəzi ləvazimatları sifariş etmək niyyətindəyik.

- Moskvada hansı tamaşalara baxa bildiniz? Təəssüratınız

- Biletlərin hamısının satıldığına görə çox tamaşalara baxmaq imkanından məhrum olduq. Məsələn, Bolşoy Teatrın simvolik tamaşalarından olanQu gölübaletinə baxmağı çox istəsək , nəsib olmadı. Amma Bolşoy TeatrınTurandot” (libretto C.Adami, R.Simoni, quruluşçu rejissor Françeska Zambella), Satira Teatrınınİdeal qətl” (quruluşçu rejissor Andrey Jitinkin), Y.Vaxtanqov adına TeatrınMadmazel Nituş” (Bəstəkar F.Erve, quruluşçu rejissor – Vladimir İvanov) tamaşalarına baxdıq. Hər üç tamaşa həm bədii səviyyəsi, həm texniki imkanları baxımından son dərəcə maraqlı səhnə əsərləri idi.

 

 

ŞƏMS

 

Ayna.- 2013.- 12 yanvar.- S.20.