“Dəli kür” İstanbulda nəşr edildi

 

Görkəmli yazıçı İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı İstanbulda Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən böyük tirajla nəşr edilmişdir. Bu, İsmayıl Şıxlının əsərlərinin Türkiyədə ilk nəşridir.

"Dəli Kür" romanını Türkiyə türkcəsinə Azərbaycan ədəbiyyatının bu qardaş ölkədə ən böyük təbliğatçılarından biri kimi tanıdığımız Yasemin Bayer uyğunlaşdırmışdır. Kitabın ilk səhifəsində yazıçı İsmayıl Şıxlı və bu işin ağırlığını üzərinə götürmüş Yasemin Bayerin tərcümeyi-halları, ədəbiyyat sahəsində gördükləri işlər və ədəbi mükafatları sıralanır. Yasemin Bayer kitaba "Alqılarımda İsmayıl Şıxlı..." başlıqlı duyğulu bir ön söz yazmışdır.

Türkiyədə Azərbaycanın təbliğatçısı Yasemin Bayerin tərcümə etdiyi və yayımladığı bu kitabın geniş təqdimat mərasimi iyulun 23-də saat 12:00-da Azərbaycanda Atatürk Mərkəzində keçiriləcəkdir.

 

 

Ayna.-2009.-18 iyul.-S.2.