Alim Qasımov qızı Fərqanə səfərdən qayıdıblar

                                     

Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb. Xanəndənin ailəsindən verilən xəbərə görə, səfər çərçivəsində muğam ifaçıları Polşada keçirilən musiqi festivalında 90 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. Alim Fərqanə Qasımovları Rauf İslamov, Ələsgər Məmmədov, Rəfail Ələsgərov müşayiət ediblər. Konsert proqramı başa çatandan sonra xanəndələr Türkiyədə keçirilən caz festivalında çıxış üçün bu ölkəyə səfər ediblər. Türkiyə festivalı zamanı muğam ifaçılarını öz musiqiçiləri ilə bərabər, türkiyəli musiqiçilər Erkan Oğuz Türkan Dərya müşayiət ediblər.

Xəbərdə qeyd olunur ki, festivalda çıxışdan sonra Alim və Fərqanə Qasımovlar İstanbulda konsert proqramı ilə çıxış ediblər. İstanbulun məşhur konsert salonunda gerçəkləşən proqram anşlaqla keçib.

 

 

Ayna.-2009.-25 iyul.-S.20.