BAKIDA BEYNƏLXALQ MUĞAM BAYRAMI

 

Dünya ictimaiyyətinin diqqəti bu təntənəyə yönəldi

 

Məlum olduğu kimi, Azərbaycan martın 18-dən 25-dək möhtəşəm bir sənət bayramına - Beynəlxalq Muğam Festivalına ev sahibliyi etdi. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrildi, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltdi. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm yaddaqalan etdi.

Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyinin Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir paytaxtımızın bu il İslam ölkələrinin paytaxtı elan olunmasının heç təsadüfi olmadığını göstərdi. Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanmasına rəvac verdi. Eyni zamanda muğam sənətinə həsr olunmuş belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün qədər dəyərli, qədər maraqlı olduğunu göstərdi. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə, sivilizasiyaların qovuşduğu bir məkanda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi bir daha sübut etdi ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı, daha da təkmilləşdirdiyi muğam sənəti dünyanın mədəni irs siyahısına daxil olan ən layiqli nümunələrindəndir.

Azərbaycan Bəstəkarlar İttifaqı, başda təşkilatın sədri, xalq artisti, professor Firəngiz Əlizadə olmaqla festivalın təşkilində, keçirilməsində yaxından iştirak edib. Festivalın bədii tərtibatı məhz Firəngiz xanımın əməyinin məhsulu idi. Beynəlxalq elmi simpoziumun açılışında çıxış edən UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Can Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirib. O deyib ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olub.

Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışıb. Qonaq bildirib ki, musiqi festivalının simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşmüşdür. Xatırladaq ki, martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan, Kanada Tacikistandan olan tanınmış alimlərlə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin məruzələri dinlənilmişdir. Dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına təkan vermişdir. Qeyd edək ki, simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunub.

Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumda çıxış edən professor Firəngiz Əlizadə bölmə iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirib. F.Əlizadə bildirib ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin ən gözəl işbirliyinə bariz nümunədir: "Biz "Muğam aləmi" beynəlxalq festivalı çərçivəsində muğamı təbliğ etməklə yanaşı, həm bu musiqinin nəyə qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu göstərəcəyik. Simpozium bu istiqamətdə yeni beynəlxalq tədbirlərə yol açdı".

Festivalın yaddaqalan məqamlarından biri Muğam Mərkəzində "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimidir. Tədbirdə nitq söyləyən prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirərək dedi: "Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuş, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil".

Martın 25-nə qədər davam edən maraqlı tədbirlər proqramına həmin gün yekun vuruldu. Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert keçirildi. Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri Fikrət Əmirovun "Şur" simfonik muğamı ilə açdı. Xalq artisti Alim Qasımov əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini səsləndirdilər. Bunun ardınca festival tamaşaçıları milli operalarımızdan "Leyli Məcnun", "Aşıq Qərib" "Şah İsmayıl"dan səhnələri izlədilər.

Festivalın çoxsaylı qonaqları islam mədəniyyətinin paytaxtı olan, Şərq Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrıldılar.

 

 

İltifat HACIXANOĞLU

 

Ayna.-2009.-4 aprel.-S.21.