YUĞ Teatrının aktyoru Polşaya yollanır

                             

Yuğ Teatrının gənc rejissoru Tural Mustafayev Polşanın Krakov Milli Teatrında təcrübə keçəcək. Mədəniyyət Turizm Nazirliyinin teatr sektorundan verilən xəbərə görə, Tural Mustafayevin Polşada təcrübə keçməsi bizim ölkə prezidentinin "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamına əsasən istedadlı gənclərin yaradıcılığını dəstəkləmək məqsədi ilə həyata keçiriləcək. Bu səbəbdən gənc rejissor Polşada xeyli müddət qalacaqdır.

 

 

Ayna.-2009.-7 noyabr.-S.20.