BDU-nun tarixindən bəhs edən kitab çap olunub

 

Bu həftə 90 illik yubileyini qeyd edən ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti haqqında kitab nəşr edilib. Toplunun müəllifi BDU-nun rektoru, akademik Abel Məhərrəmovdur. "Bakı Dövlət Universiteti - 90" adlanan kitab "Bakı Universiteti" nəşriyyatında çap olunub. Təhsil ocağından verilən məlumata görə, toplunun redaktorları professor İsmayıl Əliyev dosent Fikrət Şiriyevdir. 

Xəbərdə qeyd olunur ki, sözügedən kitabda universitetin 90 ildə keçdiyi çətin şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılıb, universitetin fəaliyyət dövrləri ümumiləşdirilib, beynəlxalq əlaqələri şərh olunub. Eyni zamanda, müasir inkişaf göstəriciləri, universitetin ayrı-ayrı fakültələri, kafedraları digər qurumları haqqında ətraflı məlumat verilib. 

Kitab müxtəlif elm sahələrində çalışan ziyalılar geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunacağı deyilir.    

 

 

           Ayna.-2009.-7 noyabr.-S.20.