Sumqayıt Musiqili Dram Teatrı mövsümünü açıb

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən gün mövsümünü açıb. Teatrın mətbuat əlaqələndiricisi bildirir ki, 41-ci mövsümdə teatr truppası Fərhad Məhərrəmovun rejissor yozumunda səhnə həllini tapmış "Karıxmış sultan" (Taufiq əl-Hakimi) tamaşasını göstərib. Teatrın öz repertuarını bir sıra yeni tamaşalarla zənginləşdirdiyini bildirən mətbuat katibinin sözlərinə görə, bunlar tezliklə tamaşaçı mühakiməsinə veriləcək. Məlumatda daha sonra qeyd olunur ki, yeni mövsümün ilk tamaşasını şəhər meri Vaqif Əliyev izləyib.

Xatırladaq ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı 1968-ci ildə yaradılıb. Bir il sonra, martın 14-də teatr öz həyatına M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesi ilə başlamışdır.

 

 

Ayna.-2009.-7 noyabr.-S.20.