Azdrama Konya festivalına dəvət alıb

                                        

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yer alan "Müsyö Jordan dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşası Türkiyənin Konya şəhərində "Bin nəfəs bir səs" Uluslararası Türkce Tiatro Yapan Ulkeler Festivalına dəvət alıb.

Teatrın mətbuat əlaqələndiricisinin məlumatına görə, bu festival 2010-cu il 14-24 aprel tarixlərində keçiriləcək və teatr kollektivi həmin nüfuzlu beynəlxalq teatr forumunda uğurla iştirak edəcəyinə əmindir.

Qeyd edək ki, sözügedən tamaşanın quruluşçu rejissoru İlham Elxanoğludur. Tamaşada xalq artistləri Bəsti Cəfərova, Rafael Dadaşov, Telman Adıgözəlov, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Hicran Nəsirova, artistlər Rəşad Bəxtiyarov, Xədicə Novruzlu iştirak edirlər.

 

 

Ayna.-2009.-7 noyabr.-S.20.