"Mərkəzi Asiya örtükləri" Bakıda

 

Sərgini Viktoriya Albert muzeyi təqdim edir

Bakıda Londonun Viktoriya Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından "Mərkəzi Asiya örtükləri" sərgisinin açılışı keçirilib. Sərgi Mədəniyyət Turizm Nazirliyinin Rövşən Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri örtükləri nümayiş etdirilir:

"Elmi mənbələr bildirir ki, Mərkəzi Asiyanın sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də, Əfqanıstan və Qərbi Çinin bir hissəsi daxildir. Coğrafi vəziyyət etibarilə dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçirdi. Bu isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb". Açılış mərasimində çıxış edən Viktoriya və Albert muzeyi Mərkəzi Asiya Departamentinin baş kuratoru Tem Stenli Bakıda belə bir sərginin açılmasından məmnunluğunu dilə gətirdi. O bildirdi ki, Azərbaycan muzeyləri ilə əməkdaşlığın davamlı olmasını arzulayır və bu yolda lazımi addımlar atılacaq. Sərgi gələn il martın 3-dək davam edəcək.

 

 

Şəms

 

Ayna.-2009.-7 noyabr.-S.19.