Səttar Bəhlulzadənin yubileyinə müsabiqə

 

Gənc rəssamlar yarışa dəvət olunur

                                                                           

Gənclər İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edib. Gənclər İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə məqsəd gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının bədii irsinin təbliğinin genişləndirilməsi, Azərbaycan təsviri sənətinə, mədəniyyətinə incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasıdır.

Xəbərdə qeyd olunur ki, lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə də məhz bu janrı əhatə edir. Müsabiqədə 16-29 yaşı olan gənclər iştirak edə bilər. Bunun üçün iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir.

 

 

Xatun

 

         Ayna.-2009.-7 noyabr.-S.19.