"Azərbaycan haqqında bilirsiniz?"

 

Daşkənddə bu adda müsabiqənin yekun turu keçirilib    

                                                                           

Özbəkistanın "Kamolot" gənclər təşkilatı ilə Azərbaycan Gənclər İdman Nazirliyi arasında imzalanmış protokola əsasən Daşkənddə "Azərbaycan haqqında bilirsiniz?" mövzusunda uşaq gənclərin rəsm əsərlərinin yekun müsabiqəsi keçirilib.

Sərgiyə 2000-ə yaxın rəsm əsəri təqdim olunub. Münsiflər heyəti yekun mərhələsi üçün onlardan 100-nü seçib. Seçilmiş rəsmlərdə Azərbaycanın xəritəsi, dövlət rəmzləri, vətənimizin təbiət rəngarəngliyi, Xəzər dənizinin görüntüləri aydın təsvir olunub.

Final mərhələsində qaliblərə "Kamolot" və Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

 Birinci yerə Fərqanə vilayəti Altıarık orta məktəbinin məzunu, "Sənət" kollecinin tələbəsi Timurbek Mamadkarimov layiq görülüb. Müsabiqəyə təqdim olunan ən yaxşı əsərlər bir ay ərzində Respublika Uşaq Yaradıcılıq Sarayında, sonra isə Bakıda nümayiş etdiriləcək.

 

 

Xatun

 

Ayna.-2009.-14 noyabr.-S.19.