III beynəlxalq karikatura müsabiqəsi başlandı

                                                                         

"Molla Nəsrəddin-Azərbaycan" III beynəlxalq karikatura müsabiqəsinə start verilib. Karikaturaçılar Birliyinin sədri Bayram Hacızadənin məlumatına görə, müsabiqə Azərbaycanın görkəmli karikatura ustası Əzim Əzimzadənin 130, Rəssamlar İttifaqının yaradılmasının isə 75 illiyinə həsr edilib. Bayram Hacızadənin məlumatına görə, beynəlxalq karikatura müsabiqəsinin təşkilatçıları "Molla Nəsrəddin-Azərbaycan" müsabiqəsini artıq 5 ulduzla qiymətləndiriblər. 5 ulduz bu sahədə 30-40 illik təcrübəsi olan ən mötəbər müsabiqələrə verilən yüksək qiymət sayılır.

Bayram Hacızadə qeyd etdi ki, müsabiqəyə təqdim edilən işləri Almaniya, Rumıniya, Rusiya, Türkiyə, Sudan, İran, Ukraynanı təmsil edən tanınmış karikatura ustalarından ibarət münsiflər heyəti qiymətləndirəcək. Müsabiqəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin işıq üzü gördüyü gün, yəni gələn il aprelin 7-də yekun vurulacaq.

 

 

          Ayna.-2009.-14 noyabr.-S.20.