"Cazsayağı 6 saylı konsert" nəşr edilib

 

Tofiq Bakıxanovun bəstəkar palitrasında yeni boyalar                             

                                                                  

 "Mütərcim" nəşriyyatı bəstəkar, xalq artisti Tofiq Bakıxanovun skripka simfonik orkestr üçün "Cazsayağı 6 saylı konsert"ini nəşr edib.

ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə işıq üzü görən yeni nəşr Tofiq Bakıxanovun bəstəkar palitrasında yeni boyaların yaranması ilə səciyyələnir.

Xatırladaq ki, məşhur Amerika bəstəkarı Corc Gerşvinin xatirəsinə həsr olunmuş "Cazsayağı 6 saylı konsert" 3 hissədən ibarətdir. Leytmotiv funksiyasını yerinə yetirən kiçik girişlə başlayan birinci hissədə caz priyomları "Bayatı-Şiraz" muğamının intonasiyası ilə növbələşdirilmiş girişin intonasiyaları əsasında "Çahargah" muğamının caz musiqisinə xas qarışıq sinkopalarla vəhdəti yaradılmışdır.

Qeyd edək ki, əsər ilk dəfə 2006-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley konsertində səsləndirilib. 

 

 

Ayna.-2009.-21 noyabr.-S.19.