Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib

Moldovada 55 dövlətin təmsil olunduğu "Müxtəliflikdən keçən birlik" adlı festival keçirilir. Festival çərçivəsində sentyabrın 29-da Azərbaycanın etnomədəniyyətini əks etdirən rəsm stendlər nümayiş etdirilib.

Ölkəmizi bu tədbirdə Moldovadakı Azərbaycan Konqresinin nümayəndələri təmsil ediblər. Konqresin məlumatında bildirilir ki, Azərbaycan diasporu festival çərçivəsində keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. Festivalın 1-ci günü "Azərbaycan evi"ni 800 qonaq ziyarət edib. Ölkələr arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu bildirən Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə bu yaxınlığın mədəniyyət, musiqi, həmçinin bayramların tarixində də əks olunduğunu vurğulayıb. İştirakçılara təqdim edilən Azərbaycan milli mətbəx nümunələri qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Festivalda Azərbaycanın uğurlu iştirakı Rusiya mətbuatının da diqqətindən yayınmayıb.

 

 

Ayna.-2009.-3 oktyabr.-S.20.