Muskomediya truppası Gəncə səfərindən qayıdıb

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Gəncə şəhərində səfərdə idi. Teatrın mətbuat xidmətinin məlumatına görə, burada keçirilən şəhər gününə dəvət olunan balet artistləri "Gəncə - 2503" bayram şənliklərində iştirak ediblər. Təkcə ötən bir il ərzində Moskvada, Yekaterinburqda, Novosibirskdə, iki dəfə Türkiyədə, Gürcüstanda maraqlı proqramla çıxış edən kollektiv bu səfərini eyni zamanda doğma teatrın 100 illik yubileyinə həsr edir. Sentyabrın 18- - Milli musiqi bayramında 100-cü teatr mövsümünü uğurla açan gülüş ustaları yubiley öncəsi günlərdə ölkənin ayrı-ayrı bölgələrinə daha bir neçə səfər planlaşdırır. Gəncədə keçirilən konsertlərdə isə teatrın aparıcı solistləri - tenor Ramil Qasımov soprano Ülviyyə Novruzova da iştirak ediblər. Proqramda klassik Azərbaycan xarici bəstəkarların əsərləri səsləndirilib.

 

 

Ayna.-2009.-3 oktyabr.-S.20.