Gəncə Dram Teatrı repertuarını təzələyir

Gəncə Dövlət Dram Teatrı 114-cü mövsümünə xalq yazıçısı Elçinin "Qatil" pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb. Bu barədə teatrın rəhbərliyi məlumat verir. Xəbərdə qeyd olunur ki, dövlət sifarişi ilə hazırlanan tamaşada teatrın əsas yaradıcı qüvvəsindən istifadə edilib.

Bu mövsümdə teatr yazıçı Elçinin daha bir pyesini - "Ölüm hökmü"nü tamaşaya qoyacaq. Öyrəndik ki, teatr tezliklə Əli Əmirlinin "Varlı qadın", "Kişi və qadın" komediyalarını, Hüseynbala Mirələmovun "Həyat eşqi" əsərlərini də tamaşaçılara təqdim edəcək.

Gəncə Teatrının 114-cü mövsüm repertuarına Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının da daxil edilməsi nəzərdə tutulub.

 

 

Ayna.-2009.-3 oktyabr.-S.20.