Naxçıvan payızı rəsmlərdə

                                          

Naxçıvanda keçirilən rəsm sərgisində payız fəslinin gözəlliklərini əks etdirən əsərlər nümayiş etdirilir. Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda təşkil edilən tədbirdə 20- qədər rəssamın 50-dən çox əl işi nümayişə çıxarılıb.

Sərgi salonundan verilən bilgiyə görə, boyakarlıq və qrafika janrında çəkilən portret, mənzərə, tematik kompozisiyalar tamaşaçıların ən çox maraqlandığı mövzular olub. Payızla bağlı rəsm sərgisini keçirmək təşəbbüsü elə rəssamların özlərindən gəlib. Öyrəndik ki, sərgi gələn ayın ikinci ongünlüyünə kimi davam edəcək.

 

 

Ayna.-2009.-17 oktyabr.-S.20.