Mahmud Məryəmə Türkiyədə ekran həyatı

Yazıçı Elçinin "Mahmud Məryəm" romanı Türkiyədə Sevda Kayqısızın təşəbbüsü ilə ekran həllini tapacaq. Türk mətbuatının yazdığına görə, film Türkiyədə fantastik türk filmi olma özəlliyinə sahib olacaq. Xatırladaq ki, Çaldıran döyüşü dövründən bəhs edən "Mahmud Məryəm" romanı önümüzdəki il nümayişə çıxacaq. 1514- ildə baş vermiş Çaldıran döyüşü dönəmində məhəbbəti uğrunda çöllərə düşən padşah oğlu Mahmudun bu səfər sırasında rastlaşdığı hadisələr, gördükləri filmoqrafiyada bütünləşəcək. Xəbərdə bildirilir ki, film Azərbaycanda, Qars Ərzurumda çəkiləcək. Yanvardan isə filmin hazırlıqları başlanır.

Xəbərə görə, ekran işinin sınaq çəkilişləri mayda gerçəkləşəcək. 2010-cu ilin dekabrında nümayişi gözlənən bu layihə beynəlxalq platformada yer alacaq.

Elçin Əfəndiyev artıq müqaviləni imzalayıb. Yazar açıqlamasında belə deyir: "Mahmud ilə Məryəm" Türkiyə ilə Azərbaycanın birlikdə reallaşdıracağı gözəl bir film olacaq. Filmdə azərbaycanlı və türkiyəli aktyorlar oynayacaq. Belə bir əməkdaşlıq Azərbaycanda ilk olacaq".

Sevda Kayqısız isə filmin beynəlxalq platformada səs gətirəcəyini və çəkilişlərin iki ay sürəcəyini bildirmişdir.

 

 

Şəms

 

Ayna.- 2009.- 5 sentyabr.- S.20.