İkili standartlar prinsipi daha qabarıq görünür

 

İnsan haqlarının müdafiəsi bəzi təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir

 

Avropa Oyunları yaxınlaşdıqca, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri artmaqdadır. Bu kampaniyanın başında yenə beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları durur. Bu təşkilatların yürütdüyü siyasətin insan haqlarına heç bir aidiyyəti olmadığı gün kimi aydındır. Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır.

Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar prinsipi daha qabarıq görünür məsələn, on illərdir hüquqlarının bərpasını gözləyən qaçqın məcburi köçkünlər beynəlxalq təşkilatların yanaşmasını anlamaqda çətinlik çəkirlər.

Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürsə məqsədləri bu problemin həll etməkdirsə, o zaman ilk növbədə qaçqın məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidir. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır. Lakin indiyədək İdman İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan “Amnesty İnterntional”, “Transparency İnternational”, “Human Rights Watch” təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları parlament gülləbaran edildikdə, kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəbikili standart siyasəti insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada nüfuzunu getdikcə itirməsi bununla əlaqədardır. “Freedom House”, “Amnesty İnterntional”, “Transparency İnternational”, “Human Rights Watch” kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir. Bu, bir növ güclərini itirmiş siyasi partiyaların birləşdiyi kiçik seçki bloklarını xatırladır.

Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə at baxışı prizmasından baxırlar marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belədir, onların hansısa ölkədə proseslərə yanaşması maliyyə dəstəyi aldıqları dövlətin siyasəti ilə eynilik təşkil edir.

Məsələn, Fransada qondarmaerməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin “Freedom House”, “Human Rights Watch” buna görə Fransa hökumətini insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə analoji qanunun qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır olub. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.

Yaxud “Charlie Hebdohadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ göz ardı edən beynəlxalq təşkilatlar məsələyə səbəb, deyil, nəticə prizmasından baxdılar, islam terror anlayışlarını eyniləşdirməyə çalışdılar. İnsan haqları təşkilatları “Charlie Hebdo”nun buraxdığı səhvi təkrarladılar, “dünyada heç bir din toplum terrora haqq qazandıra bilməzanlayışını rədd edərək üç terrorçunun əməlinə görə bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək sərnişin təyyarəsini qəsdən qəzaya uğratdıqda “Freedom House”, “Human Rights Watch” digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər 150 nəfərin timsalında milyonlarla sərnişinin sərbəst hərəkət hüququnun pozulduğu dilə gətirilmədi. Çünki pilot müsəlman deyildi...

Azərbaycana qarşı münasibət eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən uğurla istifadə edir faktiki olaraq təhlükəsiz enerji təminatı məsələsində Avropanın yeganə ümid yerinə çevrilib. Azərbaycanın Avropa ilə bərabər statusda masa arxasına əyləşməsini balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilməyən qüvvələr ölkəni daim təzyiq altında saxlamaq istəyir bunu həm insan haqları təşkilatlarının əli ilə etməyə çalışırlar. Bu siyasət isə bumeranq effekti verir, ikili standartlar səbəbilə beynəlxalq təşkilatlar cəmiyyətin gözündə dəyərlərini günbəgün itirirlər. Bu isə artıq Azərbaycanın deyil, indi İdman İnsan Haqları Alyansı altında birləşən, gücünü itirən beynəlxalq təşkilatların öz problemidir.

İslahatçı Gənclərİctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı hesab edir ki, bəzi beynəlxalq təşkilatların ikili yanaşma mövqeyi I Avropa Oyunlarının keçirilməsinə münasibətdə özünü qabarıq göstərir.

Onun sözlərinə görə, həmin beynəlxalq təşkilatların sərgilədiyi mövqeyə baxmayaraq Bakı Avropa Oyunları möhtəşəm idman bayramı kimi tarixə düşəcək: "Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək bu oyunlar möhtəşəm idman bayramı kimi tarixə düşəcək. Avropa Oyunları öncəsi ölkəmizdə düşmən mövqedə olan xarici dairələrin onların yerli havadarlarının Azərbaycana təzyiq cəhdləri, boykot çağırışları heç bir nəticə verməyəcək. Azərbaycana düşmən mövqedə olan xarici QHT-lərin təxribatçı əməllərinə dəstək verən ölkəmizdəki bəzi kiçik qruplar anlamalıdırlar ki, onların bu fəaliyyəti birbaşa dövlətimizə xalqımıza qarşı yönəlib".

F.Şahbazlı bildirib ki, bu gün Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir belə subyektiv mülahizələrə əsaslanan qətnamələrlə Azərbaycana təzyiq etmək istəyirlər. Ölkəmizdə qanunun aliliyi, insan hüquq azadlıqlarının qorunması, ifadə sərbəst toplaşmaq azadlığı məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Belə uydurma hesabatlarla Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq, bu qurumlar anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür təqdir edirlər".

 

CAVANŞİR

Azad Azərbaycan.- 2015.- 22 aprel.- S5.