Elm sənət toplusuOzan”nın ilk buraxılışında

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olanOzanelm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb.

Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Aşıqlar Biliyindən AZƏRTAC-a bildirilib ki, topludaAşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxuhavasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Ustad aşıqzəmanədən gileyli şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemivə digər elmi məqalələr, habelə xəbər xronikaları yer alıb.

Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr magistrlər, eləcə , aşıq sənəti, bütövlükdə folklorumuz adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizl

Mahmud

Azad Azərbaycan.- 2017.- 8 dekabr.- S.7.