Musiqi məktəbindəSəslən tarımadlı tədbir keçirilib

  Bakı şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbindəSəslən tarımadlı tədbir çərcivəsində xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevlə görüş ustad dərsi keçirilib. 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi İnformasiya İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Pərvin Muradzadəİki sahil”ə bildirib ki, ilk öncə ustad tarzən Ramiz Quliyev haqqında film nümayiş olunub.

G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin musiqişünas- müəllimi Həqiqət Hüseynova açılış nitqi ilə çıxış edərəkŞöhrətŞərəfordenli tarzən Ramiz Quliyevin həyat yolundan, onun musiqi dünyasından ətraflı danışıb. Bildirib ki, Ramiz Quliyev dünya şöhrətli Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov, Azad Əliyev, Teymur Göyçayev, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan) digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan dünya klassiklərinin əsərlərini məharətlə ifa edib.Tədbirdə R.Quliyev məktəbin şagirdləri Tuncay Əliyev Murad İbrahimli ilə ustad dərsi aparıb. Dərs zamanı tarzən şagirdlərə tarın temperasiya imkanlarından, səs üzərində , pozisiyalar haqqında, muğam ifaçılığı konsertmyetserlə barəsində ətraflı danışıb.

Məktəbin şagirdlərdən ibarət konsert proqramı təqdim edilib.

Sonra Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Bakı Musiqi texnikumunun direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov, 15 nömrəli musiqi məktəbinin direktoru, əməkdar müəllim Nadir Babayev 11 nömrəli musiqi məktəbinin direktoru Rövşən Məmmədov çıxış edərək tanınmış tarzən haqqında xoş xatirələrini bölüşüblər.

Ustad tarzən məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev Q.QarayevinYeddi gözəlbaletindənAyişə rəqsi”ni, “İldırımlı yollarlabaletindənEhtiraslı rəqs”, F.ŞubertinSerenada”, S.FərəcovunRondoletto”, V.AdıgözəlovunQərənfil S.RüstəmovunSuitaəsərlərini duet şəklində məharətlə ifa ediblər.

Sonda xalq artisti, professor Ramiz Quliyev tədbirin təşkilində əməyi keçən hərkəsə öz minnətdarlığını bildiri

Azad azərbaycan.- 2017.- 9 dekabr.- S.7.