Nizami Gəncəvi Azərbaycan dünya ədəbiyyatının dahisi kimi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunda“Nizami Gəncəvi Azərbaycan dünya ədəbiyyatının dahisi kimimövzusunda elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat yaradıcılıq irsindən, qüdrətli söz ustadının ölməz əsərlərinin Şərq dünya ədəbiyyatındakı yeri mövqeyindənətraflı bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi SədrininOxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladan alimbu sənədin yeni nəslin dünyagörüşünün inkişaf etməsinə, möhkəmlənməsinə, vətənpərvərlik ruhunda yetişməsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,dosent Ramiz QasımovunNizami GəncəvininSirlər xəzinəsipoeması aforizmlər”, filologiya üzrə fəlsəfə doktoru Əli HəşimovunNizami GəncəvininHikmətlər nəsihətlərkitabında intibah humanizmimövzusunda məruzələri dinlənilib. Məruzəçilər Azərbaycan xalqının dünya mədəni irsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sirasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin müstəsna yerindən bəhs ediblər. Qeyd olunub ki, Nizami Gəncəvi məhz özünü elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər dünya xalqlarının ehtiramla mütaliə etdiyi bilik mənbələrindəndir. Bu görkəmli sənətkarın həyatı yaradıcılığının mükəmməl şəkildə öyrənilməsi ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətinin ilk illərində təşəbbüsü cəsarəti ilə qəbul edilənAzərbaycanın böyük şairi mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini təbliğinidaha da yaxşılaşdırmaq tədbirlərihaqqında”kı qərarından sonra başlanılıb söz ustadının yubileyləri davamlı olaraq qeyd edilib, adı əbədiləşdirilib.

Diqqətə çatdırılıb ki, N. Gəncəvinin zəngin əxlaqi-mənəvi dəyərlər əxz edən yaradıcılığının xüsusi qiymət kəsb etməsindəndir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamında xüsusi yer tutur. Bildirilib ki, bu böyük Azərbaycan mütəfəkkir şairininSirlər xəzinəsipoeması aforizmləri gənc nəsillər üçün əsl humanist dəyərlər, vətənpərvərlik, əməksevərlik, xalqa bağlılıq təlim edən zəngin dərslik kitabıdır.

Azad azərbaycan.- 2017.- 9 dekabr.- S.5.