Naxçıvan dialekt şivələrinin lüğəti

6 İyun, 2017  20:44 xeber – “Naxçıvan dialekt və şivələri”, “Naxçıvan ağızlarının söz varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri” və “Naxçıvan şivələrinin frazeologiyası” kitabları çap olunub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindənReport”a verilən məlumata görə, bu günlərdə isə regionun dialekt şivələrini öyrənilməsi istiqamətində aparılan araşdırmaların dialektoloji ekspedisiyaların nəticəsi olaraq daha bir kitabın nəşri həyata keçirilib. Belə ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğuNaxçıvan dialekt şivələrinin lüğətikitabı işıq üzü görüb.Prezidentin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilənAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramıçərçivəsində nəşr olunan kitabda Naxçıvanın ayrı-ayrı rayon kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanılıb, onların mənası dəqiqləşib, işlənmə məqamları verilib. Nəşrdə toplanılan sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını məişətini özündə əks etdirir.Bundan əlavə kitabda bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki türk dünyası dialekt şivələrdəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunur.

Azad  Azərbaycan.- 2017.- 7 iyun.- S.5.