İlham Namiq Kamal Musiqili Teatrda “3 gün sizinlə

 

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti layihəyə start verib.

Teatrdan verilən məlumata görə, “3 gün sizinləadlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda tamaşaçıların görüşünə gələcəklər. Bu dəfə xalq artisti, “Şöhrətordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. HacıbəylininƏr arvadkomediyasında Mərcan bəy R. Mirişli, M. HaqverdiyevinAmerikalı kürəkənəsərində isə Orxan obrazını canlandıracaq.Bu səhnə əsərlərində onun tərəf müqabilləri xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərova, Əkbər Əlizadə başqaları olacaq. “3 gün sizinləlayihəsinin növbəti iştirakçısı isə tamaşaçıların sevimlisi, əməkdar artist Almaz Ələsgərova olacaq.Azərbaycan Dövlət Musiqili Teatrı hamını bu bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından “ASAN Xidmətmərkəzlərindən əldə edə bilərlər.

Azad Azərbaycan.- 2017.- 10 iyun.- S.7.