İlk fərqli biblioqrafiya

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirənAkademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda akademik İ.Həbibbəylinin təkcə 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb, alimin ötən ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası, elmi redaktorluq fəaliyyəti s. əksini tapıb.

Biblioqrafiya nəşri tarixində ilk dəfədir ki, buraya alimin yalnız bir ildə çap etdirdiyi elmi əsərlər daxil edilib.

BiblioqrafiyaKitablar”, “Məqalələr” (Azərbaycan xarici dillərdə ayrı-ayrılıqda), “Elmi redaktorluq müqəddiməçilik”, “Beynəlxalq konfranslarda”, “Elmi rəhbərlik”, “Fəxri doktorluqİlin şəkilləribölmələrindən ibarətdir.

Kitabda akademik İ.Həbibbəylinin 2016-cı ildə çap edilən üç kitabı, 93 elmi məqaləsi (onlardan 17-si xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc olunub), müqəddimə Ön sözyazdığı, elmi redaktorluq etdiyi 37 kitab haqqında biblioqrafik məlumat, 18 beynəlxalq elmi konfranslarda iştiraka dair göstəricilər ardıcıllıqla oxuculara təqdim edilir. “İlin şəkilləri”ndə isə bir ildəki gərgin elmi, ictimai siyasi fəaliyyətin yaddaqalan anları əksini tapıb.

Elm təhsilnəşriyyatında işıq üzü görən, kitabşünaslıq tarixində ilk fərqli biblioqrafiyanın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafiya ədəbiyyatşünaslar, elmi ictimaiyyət üçün qiymətli mənbə

Azad Azərbaycan.- 2017.- 16 may.- S.5