Beynəlxalq uşaq kitabı günü keçirilib

2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub. Kitabxanada beynəlxalq uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova bu günün əhəmiyyətindən danışıb.

Bildirib ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Bununla yanaşı, oxucuların informasiya tələbatının ödənilməsi üçün onları son nəşrlərlə tanış etmək məlumatlandırmaqdır.Beynəlxalq Uşaq Kitabı Gününün ölkəmizdə özünəməxsus şəkildə qeyd olunduğunu söyləyən natiq deyib ki, hər il bununla bağlı müxtəlif rəsm kitab sərgiləri keçirilir.

Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami ElaydininMisir Azərbaycan mədəni əlaqələrimövzusunda məruzəsi dinlənilib.Son illər Azərbaycan dünya uşaq ədəbiyyatının təbliği istiqamətində çap olunan kitablardan söz açan məruzəçi deyib ki, bu sərgidə misir mədəniyyətinə, folkloruna həsr edilən kitablar da sərgilənir.

Sərgi zamanı məktəblilərin təqdimatında nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya təqdim olunub.

Azad Azərbaycan.- 2018.- 3 aprel.- S.7.