Qürur  dühaYaşayan əfsanə” sərgisi nümayiş etdirilib

Qara Qarayevin 100 illik yubileyinə  həsr olunan sərgi açılıb

 Mənə Qara Qarayevi görmək və onunla ünsiyyət saxlamaq xoşbəxtliyi nəsib olub. Yadımdadır ki, ABŞ-dan qayıdanda özü ilə simfocaz valları gətirmişdi. Bu, Bakıya gətirilən ilk simfocaz musiqisi idi və melomanlarınonu necə dinlədiyini indi də xatırlayıram. Qara müəllim novator musiqiçi idi və onun bütün yaradıcılıq məhsulları ciddi musiqi nümunəsi idi. Mənə elə gəlir ki, onun yeri bu gün də görünür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli İncəsənət Muzeyində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş "Qürur və düha. Yaşayan əfsanə” sərgisinin açılış mərasimində Rəssamlar İttifaqınınsədri, Xalq Rəssamı Fərhad Xəlilov deyib.

“Qara Qarayev XX əsr musiqi mədəniyyətinin simasını müəyyənləşdirən nadir istedad sahiblərindən biri idi”, - deyə çıxışına başlayan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh ƏliyevaSSRİ Bəstəkarlar İttifaqının katibi, görkəmli bəstəkar Qara Qarayev haqqında daha sonra söyləyib: “Qara müəllim üslub, janr, forma yeniləşməsinin fövqündə durmaqla yanaşı, klassik dəyərlərə söykənən bəstəkaridi. Bəstəkarın klassika ilə müasirliyin vəhdətdə olduğu yaradıcılığında Nizami mövzusu aparıcı yer tutur. Bugünkü sərgi də bir növ təsviri sənət nümunələrində yaşayan Azərbaycan musiqisini təcəssüm etdirir”.

Sonra iştirakçılar sərgi salonunda nümayiş olunan əsərlərə tamaşa ediblər. Sərgidə bəstəkarın yaradıcılığına ithaf olunmuş 40-dək qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələri yer alıb. “Bəstəkar ürəkli rəssam” Mikayıl Abdullayevin dahi Nizaminin “Yeddi gözəl” poemasına həsr etdiyi tablolar, görkəmli rəssam Elmira Şahtaxtinskayanın Qara Qarayevin obrazını əks etdirən portret-plakatı,heykəltəraş Cəlal Qaryağdının bəstəkarın şərəfınə yaratdığı mərmər büst və məşhur klassik əsərlərə çəkilmiş illüstrasiyalar maraqla qarşılanıb. Sərgidə bəstəkarın gənclik illərini, tələbəlik həyatını, eləcə dəyaradıcılıq axtarışlarını əks etdirən yağlı və sulu boya ilə çəkilmiş portretlər, qravüra və xalça nümunələri də yer alıb. Həmçinin bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinə, “Leyli və Məcnun” simfonikpoemasına və digər əsərlərinə çəkilən illüstrasiyalar nümayiş olunan əsərlər sırasındadır.Rəsm sərgisində Dövlət Rəsm Qalereyası, Milli İncəsənət, Xalça və Tahir Salahovun Ev muzeylərindən əsərlər təqdim olunur.

Tofiq Hacı

Azad Azərbaycan.- 2018.- 7 fevral.- S.5